Mobil versiya
Ərdoğan: "Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq"
Tarix: 14-07-2025 | Saat: 08:35
Bölmə:Dünya | çapa göndər

Ərdoğan:

"Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq".

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan siyasi təşkilatın iclasında deyib.

Prezident eyni zamanda, vurğulayıb ki, tənqidlərə və iradlara açıqdır.

"Yetər ki, bunlar bu millətin xeyrinə olsun. Məsələyə ideoloji müharibələrin və tamamən fərqli gündəmlərin vasitəsi kimi yanaşmayan hər kəsin - istər müsbət, istər mənfi - fikri bizim üçün önəmlidir. Çünki biz şəxs, mənfəət siyasəti aparmırıq. Biz xırda siyasətlə məşğul olmuruq, biz ölkə siyasəti aparırıq.

Ölkəmizin qarşısında yeni bir dövrün qapıları açılır. Türkiyə Əsri idealımızı addım-addım gerçəkləşdiririk. Terror zəncirini qırmağın astanasındayıq. Yarım əsrlik səbrimiz artıq öz bəhrəsini verir", - o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2025