Mobil versiya
Fransada hökumət borclarını ödəmək üçün vətəndaşdan 45 avro ianə qəbul edib
Tarix: 14-07-2025 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Fransada hökumət borclarını ödəmək üçün vətəndaşdan 45 avro ianə qəbul edib
Dövlət borcunun ağır vəziyyətdə olduğu və büdcə səslərinin hökumət böhranlarına səbəb olduğu Fransada bir vətəndaş dövlət borcunun azalmasına töhfə vermək üçün 45 avro bağışlayıb.Le Figaro-nun məlumatına görə, Stephane Chamaillard adlı Fransa vətəndaşı 13 dekabr 2024-cü ildə dövlət borclarının ödənilməsində istifadə olunmaq üçün Fransa İqtisadiyyat Nazirliyinə 45 avro bağışlayıb.
İqtisadiyyat Nazirliyi Fransa vətəndaşının etdiyi ianəni qəbul edib.

İanənin qəbul edilməsi ilə bağlı qərar 19 iyun 2025-ci il tarixli Rəsmi Qəzetdə dərc edilib. Qərarda, "Cənab Stephane Chamaillard tərəfindən 13 dekabr 2024-cü il tarixli çeklə İqtisadiyyat, Maliyyə, Sənaye və Rəqəmsal Suverenlik Nazirliyinə edilən qırx beş avroluq ianə qəbul edilib" ifadəsi işlədilib.

Fransa dövlət borcu ilə bağlı problemdədir
Avropa İttifaqına (Aİ) üzv olan ölkələr arasında Fransa 2024-cü ildə 113 faizlə dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti ən yüksək olan üçüncü yerdədir.

Eyni zamanda, Fransa 5,8 faizlə ən böyük büdcə kəsirinə malikdir.

Hökumət dövlət borcunu ödəmək üçün qənaət tədbirləri həyata keçirmək istəsə də, müxalifət büdcə planlarını tənqid edərək, onları “qənaət siyasəti” adlandırıb.

Bu arada hökumət böhranları səbəbindən 2025-ci il büdcəsi Milli Məclisdə təsdiq oluna bilməyib. Üstəlik, büdcə danışıqları zamanı müxalifətlə razılığa gələ bilməyən Mişel Barnier hökuməti 2024-cü il dekabrın 4-də solçu alyans və ifrat sağçı deputatların etimadsızlıq təklifinin eyni vaxtda dəstəklənməsi nəticəsində çökdü.

Barnier hökumətinin süqutundan sonra, yeni hökumət qurulana qədər "müdafiənin" qarşısını almaq üçün dekabrın 17-də Milli Məclis tərəfindən xüsusi büdcə qanun layihəsi yekdilliklə təsdiq edildi.

Fransada büdcə danışıqları müxalifət və hökumət arasında əsas mübahisə nöqtəsi olaraq qalır və Baş nazir Fransua Bayrou sabah Milli Assambleyaya 40 milyard avro qənaət nəzərdə tutan 2026-cı il büdcəsinin konturlarını təqdim edəcəyi gözlənilir

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2025