Mobil versiya
BMT-nin baş katibi Quterreş Qəzzada tək atəşkəsin kifayət etməyəcəyini deyib.
Tarix: 14-07-2025 | Saat: 22:42
Bölmə:Özəl | çapa göndər

BMT-nin baş katibi Quterreş Qəzzada tək atəşkəsin kifayət etməyəcəyini deyib.
BMT-nin baş katibi Antonio Quterreş Qəzzada atəşkəsin kifayət etməyəcəyini və israillilər kimi fələstinlilərin də hüquqlarını həyata keçirə biləcəkləri bir dövlətə sahib olmaları lazım olduğunu bildirib.
BMT-nin baş katibi Quterreş Nyu-Yorkda jurnalistlərə açıqlama verib.

Qəzzədəki vəziyyətlə bağlı sualı cavablandıran Quterreş, "Qəzzada vəziyyət ağırdır" deyib.

Qəzzada şahidi olduğu dağıntı və can itkisinin yaxın tarixdə görünməmiş səviyyədə olduğunu bildirən Quterreş, "Bu vəziyyət Qəzza xalqının yaşadığı böyük əzablardan əlavə, ən təməl insan ləyaqətini də sarsıdır" dedi.

BMT-nin Baş katibi Quterreş Qəzzada dərhal və daimi atəşkəsin vacib olduğunu ifadə edərək, eyni zamanda tək atəşkəsin kifayət etməyəcəyini və israillilər kimi fələstinlilərin də öz hüquqlarını həyata keçirə biləcəkləri bir dövlətə sahib olmaları lazım olduğunu vurğulayıb.

BMT-nin baş katibi iyulun sonunda BMT-də iki dövlət həlli ilə bağlı beynəlxalq konfransın keçiriləcəyini bildirərək, "5 milyon insanın (Fələstində) öz torpaqlarında heç bir hüquq olmadan yaşaya bilməsi fikri insan ləyaqətinə və beynəlxalq hüquqa tamamilə ziddir" dedi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2025