ABŞ və NATO arasında Ukraynaya silah satışının məbləği açıqlanıb
Tarix: 14-07-2025 | Saat: 22:30
Bölmə:Özəl | çapa göndər

ABŞ Ukraynaya dəstək üçün yeni plan çərçivəsində NATO ölkələrinə təxminən on milyard dollar dəyərində silah satmağı planlaşdırır, Axios təşəbbüsün təfərrüatları ilə tanış olan mənbəyə istinadən xəbər verir.
“Birləşmiş Ştatlar yardımın birinci dalğası çərçivəsində NATO müttəfiqlərinə təxminən on milyard dollar dəyərində silah satacaq”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar zamanı ABŞ və NATO-nun Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəldiyini bildirmişdi.
"Biz ABŞ, heç bir ödəniş etməyəcəyik. Biz bu silahları almayacağıq, lakin biz onları istehsal edəcəyik və onlar bunun əvəzini ödəyəcəklər", - Amerika lideri bildirib.
Amerika lideri həmçinin 50 gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik tariflər tətbiq edəcəyinə söz verib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-07-2025