Mobil versiya
Medalları Tramp təqdim etdi - FOTOLAR
Tarix: 14-07-2025 | Saat: 09:11
Bölmə:İdman | çapa göndər

Medalları Tramp təqdim etdi -

ABŞ prezidenti Donald Tramp Fransanın “Paris Sen-Jermen” klubunun futbolçularına, həmçinin rusiyalı qapıçı Matvey Safonova klublararası dünya çempionatının gümüş medallarını təqdim edib.

aia.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, turnirin finalı Nyuark şəhərində keçirilib.

Tramp mükafatlandırma mərasimində FİFA prezidenti Canni İnfantino ilə birlikdə iştirak edib.

Final oyununda PSJ İngiltərənin “Çelsi” klubuna 0:3 hesabı ilə uduzub.

ABŞ Prezidenti və İnfantino “Çelsi”nin kapitanı Ris Ceymsə turnirdə qalib gəldiyinə görə kuboku təqdim ediblər. Tramp bir müddət kürsüdə bayram edən İngiltərə futbolçularının yanında dayanıb.

Qeyd edək ki, 2025-ci il Klublararası Dünya Çempionatı ilk dəfə olaraq yeni formatda keçirilib və turnirdə 32 komanda iştirak edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2025