Szijarto: Macarıstan ABŞ-ın Ukraynaya silah tədarükünü maliyyələşdirməyəcək
Tarix: 14-07-2025 | Saat: 15:06
Bölmə:Özəl | çapa göndər

ABŞ rəsmi olaraq Avropa İttifaqına belə bir təkliflə çıxış edərsə, Macarıstan Ukrayna üçün Amerika silahlarının alınmasını maliyyələşdirməyəcək.
Bunu jurnalistlərin Vaşinqtondan Kiyevə hərbi yardımın mümkün bərpası ilə bağlı xəbərləri şərh edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto deyib.
XİN rəhbəri Budapeştdə Mərakeşin sənaye və ticarət naziri Riyad Mezzur ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Vurğulamaq istərdim ki, Ukraynaya macar pulları, macar silahları və macar əsgərləri göndərilməyəcək. Oraya heç nə göndərilməyəcək".
Bununla yanaşı, Szijarto əmin olduğunu bildirib ki, Amerikanın Ukraynaya silah tədarükünün mümkün bərpası ABŞ prezidenti Donald Trampın münaqişənin həlli səylərindən imtina etməsi demək deyil.
"Yalnız onu deyə bilərəm ki, heç kim Ukraynada sülh üçün Tramp qədər iş görməyib. Avropa və Ukrayna liderləri son aylarda Donald Trampa mane olmasaydı, bu sülh səyləri daha uğurlu ola bilərdi", - nazir qeyd edib.
O, ABŞ prezidentinin Ukraynadakı münaqişənin həlli istiqamətində addımlar atmağa davam edəcəyinə ümid etdiyini bildirib. Bununla bağlı Szijarto Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında iyulun 10-da Kuala-Lumpurda keçirilən danışıqları “ümidverici xəbər” adlandırıb.
"Bu, yaxşı əlamətdir", - Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib. "Sülh səylərinin davam edəcəyinə ürəkdən ümid edirəm. Əminəm ki, sülhün bərqərar olması bizim maraqlarımıza uyğundur", - Szijarto yekunlaşdırıb.
İyulun 13-də Tramp bildirib ki, ABŞ Ukraynaya əlavə silahlar, o cümlədən “Patriot” raketdən müdafiə sistemi üçün raketlər göndərəcək və bunun əvəzini Avropa İttifaqı ödəyəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər