Mobil versiya
“Azərbaycan etibarlı tərəfdaş olaraq qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə fəallıq göstərir” - Azər Badamov
Tarix: 20-07-2025 | Saat: 17:36
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan etibarlı tərəfdaş olaraq qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə fəallıq göstərir”

“Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda COP 29 və yaşıl gündəliyimiz barədə geniş məlumat verdi. Azərbaycan COP 29-u keçirməklə iqlim dəyişiklikləri ilə bağlı mükəmməl nəticələrin əldə olunmasına töhfə verib. Bəzi Qərb dövlətləri qazıntı yanacağı istehsal edən ölkə olduğumuza görə COP 29-un Azərbaycanda keçirlməsinə qarşı kampaniya aparmağa başladılar. Amma 196 ölkədən 70 dövlət və hökumət başçısının, 77 mindən çox iştirakçısının qatılması Azərbaycana qarşı kampaniya aparanlara verdiyimiz ən yaxşı cavabımız oldu”.

Bu sözləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Azər Badamov: Son razılaşma Ermənistanın Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməsi deməkdir Pravda.az

Deputat bildirib ki, Azərbaycan COP 29-u yüksək səviyyədə keçirməklə çox əhəmiyyətli qərarların qəbul olunmasına müvəffəq oldu: “Belə ki, İqlim Maliyyəsi Fondu 3 dəfə artırılaraq 300 milyard dollara çatdırıldı. Karbon emissiyaları ilə bağlı Paris sazişinin 6-cı bəndi işlək vəziyyətə gətirildi. Qazıntı yanacağa malik olmağımız həm də üstünlüyümüzdür. Qazıntı yanacağı olmadan inkişafı və gələcəyi təsəvvür etmək mümkün deyil. Bu baxımdan gələcəkdə qazıntı yanacağına təlabat daha da artacaqdır. Ölkəmiz qazıntı yanacağından gələn gəlirləri yaşıl gündəliyin inkişaf etdirilməsinə istiqamətləndirir. Belə ki, 2030-cu ilə qədər istehsal olunacaq yaşıl enerji potensialımızı 6 Gigavata çatdırmağımızı hədəfləmişik. Həm də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında razılıq əldə edilərək Qara dənizin dibi vasitəsilə Qazaxıstan və Özbəkistanla saziş imzalanaraq Xəzər dənizinin dibi vasitəsilə yaşıl kabelləri çəkməklə Mərkəzi Asiyadan Avropaya qədər uzanan yaşıl dəhliz üzərində işləyirik. Beləliklə, Azərbaycan etibarlı və nüfuzlu tərəfdaş olaraq həm qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə fəallıq göstərir, həm də Avropaya yaşıl enerjinin ixracı ilə bağlı əhəmiyyətli addımlar atır”.

Aytəkin Qardaşova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2025