Mobil versiya
"Ahbap"ın əmlakının idarəçiliyi yeni rəhbərliyə keçdi
Tarix: 27-07-2026 | Saat: 23:13
Bölmə:Dünya | çapa göndər

"Ahbap"ın əmlakının idarəçiliyi yeni rəhbərliyə keçdi


İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı təhqiqat çərçivəsində "Ahbap" Dərnəyinin bütün əmlakının idarəetmə səlahiyyəti yeni rəhbərliyə (qəyyuma) həvalə olunub.

aia.az xəbər verir ki, dərnəyə qarşı aparılan genişmiqyaslı soruşdurma çərçivəsində məhkəmə tərəfindən qəbul edilən qərara əsasən, təşkilatın hüquqi şəxsiyyətinə aid bütün aktivlər və maliyyə resursları idarəetmə qəyyumuna həvalə edilib.

Məlumata görə, hüquq-mühafizə orqanları dərnək hesablarına daxil olan iyanələrin məqsəddənkənar istifadəsi, eləcə də şübhəli maliyyə əməliyyatları ilə bağlı araşdırmaları davam etdirirlər. Təhqiqat çərçivəsində dərnəyin fəaliyyətinin və maliyyə dövriyyəsinin tam nəzarətə götürülməsi məqsədilə bu addım atılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2026