Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin verdiyi qərarlar inkişaf və müasirləşmə gündəliyinə əsaslanır”
Tarix: 20-07-2025 | Saat: 19:49
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azərbaycanın azad olunmuş ərazilərində yerləşən şəhərlərin beynəlxalq nüfuzu getdikcə daha da yüksəlir. Təqdirəlayiq haldır ki, bu şəhərlərimizdə keçirilən bir çox mühüm beynəlxalq tədbirlər zaman keçdikcə ənənəvi xarakter almağa başlayır. O cümlədən iki il bundan öncə Şuşada ilk dəfə keçirilmiş Qlobal Media Forumu da artıq ənənəvi beynəlxalq tədbirə çevrilmişdir. Belə ki, cari ilin iyul ayının 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Ölkə Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək Şuşa Qlobal Media Forumunun bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox əhəmiyyətli bir tədbir olduğunu qeyd edib. Bu gün Azərbaycan yeni texnologiyalar və əlbəttə ki, süni intellekt kimi sahələrə investisiya qoyuluşunda çox maraqlıdır. Əlbəttə, bu sahə ölkəmiz üçün yenidir. Cənab Prezident İlham Əliyev Slovakiya mətbuatı təmsilçisinin sualını cavablandırarkən bunu qeyd etdi. Lakin bu da vurğulandı ki, biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Məhz buna görə də möhtərəm dövlət başçımızın verdiyi qərarlar inkişaf və müasirləşmə gündəliyinə əsaslanır.
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin Afrika ölkələri ilə əməkdaşlıqda bağlı səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sahəsində siyasətinin mahiyyətində duran prinsipləri bir daha diqqət mərkəzinə gətirmiş oldu: “Hamımız yaxşı bilirik ki, COP29-a sədrliyi çərçivəsində iqlim dəyişmələri ilə bağlı Afrika ölkələrinə dəstək Azərbaycanın gündəliynin prioritetlərindən biri idi. Həmçinin ölkəmizin inkişaf edən kiçik ada dövlətləri üzrə xüsusi formatı var. Bu məqama aydınlıq gətirən cənab Prezident İlham Əliyev belə xüsusi yanaşmanı onunla izah etdi ki, iqlim dəyişiklikləri ilə bağlı yaranmış təhlükə həmin ölkələr üçün ekzistensional xarakter daşıyır və onların mövcudluğu, ümumiyyətlə, dünya okeanının səviyyəsindən asılıdır. Bunla belə, Azərbaycan Afrika qitəsindəki ölkələri də öz gündəliyində saxlayır. Təkcə bunu xatırlamaq kifayətdir ki, Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz COVID-19 zamanında 80-dən artıq ölkəyə maliyyə və humanitar dəstəyi göstərmişdir ki, onların da əksər hissəsi məhz Afrika Birliyinə üzv olan ölkələrdir. Son vaxtlar cənab Prezident İlham Əliyev Afrikadan gəlmiş bir neçə dövlət başçısı ilə rəsmi səfər çərçivəsində görüşüb. Bəzi ölkələrlə hazırda enerji sahəsində potensial əməkdaşlıq üzərində fəal çalışmalar aparılır. Maraqlıdır ki, Azərbaycan öz xarici əlaqələrini həmçinin Latın Amerikasında da genişləndirir. Artıq bu materikin bəzi ölkələrində səfirliklər də açılıb və müxtəlif səviyyələrdə, nazirlər, eləcə də xarici işlər səviyyəsində səfərlər olub, nümayəndə heyətlərinin mübadiləsi olub. Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı bəzi şirkətlərlə müzakirələr aparılır. Bəzi layihələr artıq başa çatdırılıb. Lakin Latın Amerikasının bir çox ölkəsində inkişaf etmiş iqtisadiyyatın olduğu nəzərə alınaraq, biznes, ticarət, potensial sərmayələr və mədəniyyət sahələrində daha çox ümumi əsaslar müəyyənləşdirilə bilər” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2025
20-07-2025