Mobil versiya
Narkotikin və spirtli içkinin təsiri altında maşın sürən şəxs həbs edildi
Tarix: 21-07-2025 | Saat: 09:36
Bölmə:Ölkə | çapa göndər

Narkotikin və spirtli içkinin təsiri altında maşın sürən şəxs həbs edildi

Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib

aia.az xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü İ.Səfərova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.

İ.Səfərov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 7 sutka inzibati qaydada həbs olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2025