Bir millətin ruhunu nota danışdıran adam - Adəm İsmayıl BAKUVİ
Tarix: 21-07-2025 | Saat: 14:42
Bölmə:Manşet / Ölkə | çapa göndər

Onu anlamaq üçün notları deyil, susqunluqları dinləmək lazımdır. Hər bir səssizlikdə onun xalqı var idi, hər sükutda torpaq, hər pauzada vətən nəfəsi gizlənmişdi. Azərbaycanın ruhunu dünya səhnələrinə çıxarmaq, yalnız sənət deyil, həm də mənəvi bir inqilab idi.
Bir insanın ruhu xalqın yaddaşına çevriləndə o daha insan deyil - o artıq simvoldur, dillərin çata bilmədiyi bir rəmz. Onun musiqisi notlarla deyil, millətin sızısı ilə yazılırdı. Muğamın sinəsində doğulan bir xalq, onu konservatoriyanın divarları ilə tanıdı, amma o divarlar xalqın deyil, xalq onun içindən keçdi.
Dünyanın sivil səhnələrində səslənən hər ariya, onun xəyalındakı Azərbaycan obrazının portretindən bir boya idi. Hər orkestrdə Qarabağın bir çiçəyi, Şuşanın bir dumanı, Xəzərin bir ləpəsi vardı. Təkcə musiqini deyil, kimliyimizi və zamanla azalan yaddaşımızı da nota çevirdi. Hər səhnəyə çıxan əsəri ilə o, Azərbaycanın unudulmazlığını sübut edirdi.
Milli musiqi onun üçün yalnız səslərin və ya janrların məcmusu deyildi. Milli musiqi - xalqın həyatına bükülmüş duadır. Üzeyir bəyin nəzərində musiqi - səssizlərin fəryadı, yazılmamış tarixlərin poetik yaddaşı idi.
Əgər bir xalq öz ruhunu tanımaq istəyirsə, öz musiqisini dinləməlidir. O, musiqi ilə xalq arasında unudulmaz bir körpü tikdi. O körpüdən keçənlər torpağı daha fərqli duydu, dildə daha dərin danışdı, dövlətə daha məsuliyyətlə yanaşdı. Çünki o, musiqini dilin, torpağın, dövlətin, ailənin və şəhidin varisi kimi görürdü.
Azərbaycan onun musiqisində yalnız coğrafiya deyildi. Azərbaycan, bir ritm idi, bir nəfəs idi, bir ana laylası idi. O laylanın içində xalqın keçmişi, ağrısı, müqaviməti və azadlıq əzmi səslənirdi.
Onun operaları dinləniləndə insanlar ağlamırdı - torpaq ağlayırdı. Torpağın illərlə səssiz qaldığı hər bir dərd o əsərlərdə dillənirdi. Hər bir qəhrəman - bir şəhidin ruhu, hər bir ariya - bir ananın fəryadı idi.
"Arşın mal alan", sadəcə, bir komediya deyildi - bu xalqın bazar fəlsəfəsinin, iqtisadi münasibətlərinin, insan sevgisinin və milli qürurunun musiqili konstitusiyası idi. Orada danışanlar yalnız aktyorlar deyildi - orada bir dövr danışırdı, bir xalq özünü tanıtdırmaq istəyirdi.
Musiqidə təvazökarlıqla üsyanı birləşdirən Üzeyir bəyin içində daim bir əxlaq dərsi vardı. Hər simfoniyasında xalqın etikası, xalqın duruşu, xalqın ağrısı və xalqın sükutu yer alırdı.
Xalq çalğı alətlərini simfonik orkestrə daxil etməklə o, öz folklorunu dünyəvi dillə danışdırdı. Bu, sadəcə texniki bir uğur deyildi - bu, mədəni müqavimətin ən yüksək səviyyəsiydi.
O bilirdi ki, muğamı notla öyrətmək olmaz. Muğam xalqın gözü kimi, ruhu kimi, çörəyi kimi öyrədilməlidir. Ona görə də tədrisə musiqidən əvvəl mənəviyyatı gətirdi. Hər müəllimə yalnız çalğı yox, ruhun dinamikasını öyrətdi.
Tələbələri ilə davranışı bir müəllimin deyil, bir atanın münasibətini əks etdirirdi. Onun pedaqoji üsulu informasiya yox, ilham üzərində qurulmuşdu. Onun hər dərsi bir məktəb deyildi - bir vətən dərsi idi.
Ona görə də bu gün bir sinif otağında bir skripka çalınırsa, bir tələbə nota baxırsa, əslində Azərbaycan musiqi dövlətçiliyi ayaqdadır. Çünki Üzeyir bəy musiqiyə dövlətin əbədi dili kimi baxırdı.
Əsərlərində yalnız tar və kaman deyil, tarix və zaman da çalırdı. O, sazın simlərində öz nəslinin qanını, xalqının göz yaşını, anaların sükutunu əks etdirirdi. Musiqi onun əlində millətin müqəddəs kitabına çevrilmişdi.
O dövrlərin ən ağrılı zamanı - milli kimlik axtarışının, azadlıq arzularının, əzilmiş xatirələrin zamanında musiqi ilə xalqın içindəki əzəməti oyatdı. O, heç zaman əsgər olmadı, amma onun musiqisi bir ordunun ruhunu formalaşdırdı.
Bir şəxsiyyətin dünyaya çıxması üçün xarici təbliğat yox, daxili böyüklük lazımdır. O, öz böyüklüyünü öz səsinin içində tapdı və həmin səsi dünyaya Azərbaycan adı ilə təqdim etdi. Əsərləri ilə dünya musiqi tarixinə yeni bir "azərbaycançılıq tərzi" gətirdi.
İnancı sənətə, sənəti xalqına, xalqı musiqisinə bağladı. Onun varlığı bir ideologiya idi - maarifləndirmə ideologiyası. Bu maarifçilik siyasi deyildi - ruhani idi. O ruhaniyyət hələ də xalqın içində yaşayır.
Dünya dəyişdi, dövrlər dəyişdi, nəsillər dəyişdi. Amma Üzeyir bəyin yazdığı səs dəyişmədi. Həmin səs hələ də himnimizdə çalınır, bayrağımızla ucalır, şəhidin tabutuna sarılır.
İndi onun heykəlinə baxanda biz bir insana yox, bir zamanın yığcam formasına baxırıq. O zaman bizim üçün tarix deyil, həm də gələcəkdir. Çünki o, gələcəyi keçmişin içindən musiqi ilə yaratdı.
Əsərləri ilə cəmiyyətin məfkurəsini, estetik zövqünü, musiqi savadını formalaşdırdı. Bu gün xalqın bir bayramı, bir matəmi, bir nikahı varsa, orada onun musiqisi var. Deməli, xalq onunla hələ də nəfəs alır.
O, heç bir milləti alçaltmadı, amma öz millətini daim ucaltdı. Onun vətənpərvərliyi bir pafos yox, bir əxlaq kodeksi idi. Musiqidə vətəni sevməyi öyrətdi, amma heç vaxt bunu səs-küylə etmədi. Onun səsi hündür yox, dərin idi.
Ona görə də bu gün onun adı çəkilməsə belə, onun ruhu danışır. Danışan hər bir sazda, hər bir müəllimdə, hər bir tələbədə, hər bir azərbaycançının qəlbində danışır.
Əgər bir xalqın musiqisi varsa, deməli, onun yaşamaq haqqı var. O, bu haqqı bizə bəxş etdi. Bizi bir millət kimi musiqidə əbədiləşdirdi.
Ondan sonra gələnlər Üzeyir bəyin izindən getmədi - onun qoyduğu izlərdə böyüdülər. Çünki o, təkcə musiqi qoymadı - həm də xalqın ruhuna doğru bir yol açdı.
Mən - Adəm İsmayıl Bakuvi - hələ uşaq ikən, Fəxri Xiyabanda Üzeyir bəyin məzarına gedəndə, orada bir daş görmürdüm, bir qəbir yox, sükuta bürünmüş, musiqiyə çevrilmiş bir ruh görürdüm. Orada yazılmış ad sadəcə bir ad deyildi - o ad bir xalqın musiqidəki doğumu idi. O məzarın üstündəki hər güldə bir not, hər daşda bir muğam eşidirdim. Hər dəfə baş çəkəndə sanki ruhum bir neçə addım da irəli gedirdi.
İllər keçdi. Tələbəlik dövründə - həyatla, düşüncəylə, mədəniyyətlə daha dərindən tanış olduqca - bir gün İncəsənət Muzeyinin həyətində, sükutun içində donmuş bir heykəllə üz-üzə gəldim. Bu, adi bir heykəl deyildi. Bu, güllələnmiş, əzilmiş, sürgün edilmiş bir yaddaş idi. Üzeyir Hacıbəyovun əzəmətli heykəli orada, qırıq-qırıq bir vəziyyətdə, soyuq baxışlarla üzümə baxırdı. Ürəyim ağrıdı.
Sanki onun üzündəki hər bir cızıq bir xalqın əzabını danışırdı. O heykəl təkcə daşdan deyildi - onu erməni barbarlığı parçalasa da, ruhunu öldürə bilməmişdi. O heykəldə təkcə sənət yox, Azərbaycanın mədəni taleyi, ruhunun əzabkeş tarixi yatırdı.
Sonra öyrəndim: erməni vandalizmi bu heykəli oğurlayıb metalloma satmaq istəyərkən, ümummilli lider Heydər Əliyev bu millətin yaddaşını, heysiyyətini ayağa qaldıraraq, böyük diplomatik güc, böyük şəxsi təşəbbüs və vəsaitlə, bu müqəddəs əmanəti Gürcüstandan Azərbaycana qaytarmışdı.
Bu - sadəcə bir heykəlin gətirilməsi deyildi.
Bu, milli yaddaşın ölümdən xilas olunması idi. Bu, xatirənin dirilməsi, dəyərlərin qorunması, sükutun danışmağa başlaması idi. Heykəl bir daha öyrətdi ki, mədəniyyətin simvolu heç vaxt daşda bitmir - daşın içindəki ruh yaşayanda xalq yaşayır.
Və illər sonra...
2023-cü ildə Şuşaya ayaq basanda, o müqəddəs torpağa qayıdanda, yenidən o heykəli orada - doğulduğu torpaqda, doğma dağların qoynunda - ucada, işıqlı və məğrur görərkən, gözlərimə hakim ola bilmədim.
Mən o heykələ baxmadım - sanki o, mənə baxdı.
Mən eşitdim:
"Qayıtdım... Xalqımla bir yerdəyəm."
O an mən anladım: biz təkcə torpağı azad etmədik - ruhları da azad etdik.
O heykəl azad olunmuş Şuşanın mərkəzində təkcə bir abidə deyildi - bir millətin öz ruhunu geri qaytardığı anın canlı sübutu idi, mən o anda başa düşdüm ki, bu qayıdış təkcə bir tarix deyil, bir ruhun dirilişidir. Mədəniyyətin, musiqinin, düşüncənin, ruhun əbədi varlığının dirilişi.
Bu möcüzə İlham Əliyev kimi bir liderin iradəsi ilə reallaşdı. O, sadəcə şəhəri azad etmədi - dəyərləri, yaddaşı, şəxsiyyətləri də azadlığa çıxardı.
Üzeyir bəyin heykəli Şuşada ucalanda - xalq da ucaldı.
Prezident İlham Əliyev o gün dövlətçiliyin musiqiylə yenidən yazıldığını, hər bir notun azadlıqla, ruhla və milli şüurla ahəng təşkil etdiyini göstərdi.
O gündən sonra mən o heykələ sadəcə bir sənət nümunəsi kimi baxmadım.
O mənim üçün - bir xalqın musiqidə yenidən doğulduğu məqam, bütün təhqirləri aşaraq öz heysiyyətini bərpa etmiş bir mədəniyyətin heykəli idi.
Sanki heykəlin öz dili vardı, deyirdi:
"Mən daha tək deyiləm. Mən xalqımla birgəyəm. Və bu torpaqda ruhum yaşayır - çünki bu torpaq artıq azaddır."
Mən Adəm İsmayıl Bakuvi musiqinin heykəlini qəlbində daşıyan bir millət övladı oldum, Şuşada keçirilən Vaqif Poeziya günləri zamanı, məhz Üzeyir bəyin heykəlinin qarşısında duraraq qələmə almışdım hisslərimi. Həmin günlərin təəssüratı ilə bir ovuc Şuşa torpağını götürüb, Bakıya - Fəxri Xiyabanda uyuyan dahi bəstəkarın məzarının ətrafına səpələmişdim. Bu, ruhani bir bağ, musiqiyə çevrilmiş torpağın torpağa qovuşması idi. Sağ ol, Dahi Üzeyir Bəy! Fəxrimiz!!!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2025
18:12 Azadlığın təməl prinsipi