Mobil versiya
Prezident Gəncə Memorial Kompleksində tikinti işlərinin tamamlanmasına pul ayırdı
Tarix: 30-07-2025 | Saat: 13:40
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident Gəncə Memorial Kompleksində tikinti işlərinin tamamlanmasına pul ayırdı

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

aia.az-ın məlumatına görə, sənəd 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədi daşıyır.

Sərəncam Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon manat vəsait ayrılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-07-2025