İspaniya Qəzzaya 11 min insana çatacaq təcili ərzaq yardımı göndərir
Tarix: 31-07-2025 | Saat: 22:10
Bölmə:Özəl | çapa göndər

İspaniya Qəzza zolağında "İsrailin səbəb olduğu aclığı" aradan qaldırmaq üçün təcili ərzaq yardımı göndəriləcəyini açıqlayıb.
İspaniya Xarici İşlər Nazirliyi İsrailin hücumları və embarqoları səbəbiylə aclıq böhranı yaşayan Qəzzaya ərzaq yardımı ediləcəyini açıqlayıb.
İsrailin aclıq saldığı Qəzzada aclıqdan ölənlərin sayı 159-a yüksəlib.
Açıqlamada həmçinin 12 ton humanitar yardımın Saraqosa Hava Bazasından İspaniya Hərbi Hava Qüvvələrinə məxsus A400 hərbi təyyarəsi ilə İordaniyaya, oradan isə 24 paraşütlə Qəzzaya daşınacağı bildirilib.
Açıqlamada qeyd edilib ki, yardım 11 min nəfərə kifayət edəcək təxminən 5500 qida payından ibarətdir. Bu yardımın Qəzza sərhədində gözləyən digər İspaniya yardımlarına əlavə olaraq göndərildiyi də əlavə edilib.
Xarici işlər naziri Jose Manuel Albares açıqlamasında bildirib ki, yardım göndərilməsi "İsrailin Qəzzada yaratdığı aclığı aradan qaldırmaq" məqsədi daşıyır.
Albares, "Qəzza xalqının əziyyət çəkdiyi bu süni qıtlıq bəşəriyyət üçün bir rüsvayçılıqdır. Hər gün aclıqdan ölümlər baş verir. 100 min uşaq və 40 min körpə ölüm təhlükəsi ilə üz-üzədir. İsrail dərhal bütün humanitar yardımların fasiləsiz və pulsuz keçməsinə icazə verməlidir" dedi.
Albares, həmçinin yardımın humanitar və qərəzsiz prinsiplərə uyğun olaraq bölüşdürülməsi lazım olduğunu bildirərək, Qəzzaya yardımın çatdırılması üçün atəşkəs çağırıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-08-2025