Mobil versiya
Xankəndidə AzQAC-ın fəaliyyətinin bərpası -Fotolar
Tarix: 12-08-2025 | Saat: 19:59
Bölmə:Gündəm | çapa göndər

Xankəndidə AzQAC-ın fəaliyyətinin bərpası

2025-ci il 11 avqust tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyevin rəhbərliyilə, QAC Qarabağ Regional Mərkəzinin Koordinatoru Afaq Hüseynzadə və Təchizat Sektorunun rəhbəri Samir Vasilkinin daxil olduğu nümayəndə heyəti Xankəndi şəhərinə səfər ediblər. Səfərin əsas məqsədi Cəmiyyətin fəaliyyətini Xankəndi şəhərində bərpa etməkdən ibarət olub.
Səfər müddətində AzQAC nümayəndə heyəti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və İcraçı direktor Telman Kərimli ilə görüşüb. Qarşılıqlı anlaşma və səmərəli müzakirələrlə keçən görüşdə Cəmiyyətin Xankəndidə fəaliyyəti üçün mövcud şəraitin qurulması geniş müzakirə olunub.

Səfər müddətində AzQAC nümayəndə heyəti Xankəndi şəhərində, Qarabağ Univeristetinin rektoru Şahin Bayramovla da görüşüb. Görüşdə Cəmiyyətin Xankəndi Universitetində İlk Təşkilatının yaradılması və onun fəaliyyəti üçün mövcud şəraitin qurulması müzakirə olunub.

Dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuş Xankəndidə qalan erməniəsilli sakinlərə də baş çəkilib, onların vəziyyəti ilə yaxından tanış olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2025