Mobil versiya
NATO-nun baş katibi Ruttedən Ukraynada sülh üçün mesaj: “Top Putinin meydançasındadır”
Tarix: 13-08-2025 | Saat: 20:12
Bölmə:Özəl | çapa göndər

NATO-nun baş katibi Ruttedən Ukraynada sülh üçün mesaj: “Top Putinin meydançasındadır”
Almaniyanın dəvəti ilə qatıldığı Ukrayna ilə bağlı onlayn görüşdən sonra NATO-nun baş katibi Mark Rutte müharibəni bitirmək üçün birlik mesajı verərək, sülh üçün addım atmaq növbəsinin Rusiyada olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski, Avropa Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Avropa liderləri ilə Ukrayna üzrə onlayn görüşdən sonra Rutte Amerikanın X şirkətinin sosial media platformasında bəyanat yayıb.

Rutte, Trampın avqustun 15-də keçiriləcək sammitdən əvvəl rusiyalı həmkarı Vladimir Putinlə görüşdüyünü və "Biz bu dəhşətli müharibəni bitirmək və ədalətli və davamlı sülhə nail olmaq üçün birləşmişik" dedi.

Rutte Trampın liderliyinə və müttəfiqləri ilə sıx koordinasiyaya görə minnətdarlığını ifadə edərək, "Top Putinin meydançasındadır" ifadəsini işlədib.

Sözügedən liderlər Almaniyanın dəvəti ilə keçirilən onlayn görüşdə Ukrayna və Avropanın təhlükəsizlik maraqlarının qorunması və Rusiya ilə diplomatik həll yolu tapacağı təqdirdə çəkindirmənin təmin edilməsini müzakirə ediblər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2025