Mobil versiya
Trampın əmrindən sonra Milli Qvardiyanın qoşunları Vaşinqtona gəlməyə başlayıb
Tarix: 12-08-2025 | Saat: 20:59
Bölmə:Özəl | çapa göndər

Trampın əmrindən sonra Milli Qvardiyanın qoşunları Vaşinqtona gəlməyə başlayıb
ABŞ prezidenti Donald Trampın "paytaxt Vaşinqtonda təhlükəsizliyi bərpa etmək" üçün elan etdiyi ictimai təhlükəsizlik fövqəladə vəziyyətindən sonra Milli Qvardiyanın üzvləri şəhərə gəlməyə başlayıb.

Prezident Trampın dünən Vaşinqtonda "cinayətkarlıq nisbətlərini azaltmaq" və "evsizləri təmizləmək" qərarları ətrafında müzakirələr davam edərkən, təyin olunmuş bölmələr şəhərə yerləşdirilir.

Trampın Vaşinqton Polis Departamentini tam federal nəzarət altına almaq və şəhərə çoxlu sayda Milli Qvardiyaçı gətirmək istiqamətində atdığı addımlar həyata keçirilir.

Vaşinqtonda və ətraf ştatlarda yerləşən 800 Milli Qvardiyaçı hissə-hissə şəhərə gələrək öz postlarına yerləşməyə başlayıb.

Bu arada Vaşinqton meri Muriel Bouzer verdiyi açıqlamada Tramp administrasiyasının "cinayət nisbətlərinin artdığı" iddiasını rədd etdiklərini, lakin Ağ Evlə koordinasiyaya davam edəcəklərini bildirib.

Vaşinqtonda təhlükəsizliyi qorumaq və cinayəti azaltmaq üçün "ictimai təhlükəsizlik fövqəladə vəziyyət" elan edən prezident Tramp dünən Vaşinqton polisini federal nəzarət altına alacağını və Milli Qvardiyanı şəhərə gətirəcəyini açıqlayıb.

Prezident bu məqsədlə Vaşinqtonda özünümüdafiə qanununun 740-cı maddəsinə istinad etdiyini və bu qanun əsasında güclü tədbirlər gördüyünü bəyan edib. O, "Mən Milli Qvardiyanı Vaşinqtonda asayişi və ictimai təhlükəsizliyi bərpa etmək üçün yerləşdirirəm və biz onların öz vəzifələrini layiqincə yerinə yetirmələrini təmin edəcəyik. Lazım gələrsə, hərbçiləri də bura gətirəcəyəm" dedi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2025