Mobil versiya
İsrail Baş Qərargah rəisi Qəzzaya müdaxilə planının "əsas çərçivəsini" təsdiqləyib
Tarix: 13-08-2025 | Saat: 16:37
Bölmə:Özəl | çapa göndər

İsrail Baş Qərargah rəisi Qəzzaya müdaxilə planının "əsas çərçivəsini" təsdiqləyib
İsrail ordusu işğala hazırlaşdığı Qəzza şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsinə dünən hücuma keçib.
İsrail Baş Qərargah rəisi Eyal Zamirin Təhlükəsizlik Kabinetinin Qəzza şəhərinin işğalı ilə bağlı qəbul etdiyi qərarla bağlı hücum planının "əsas çərçivəsini" təsdiqlədiyi bildirilir.

Qəzzanın işğal planı və kütləvi köçürmə: Beynəlxalq hüquq nə deyir?

Ordudan verilən açıqlamada bildirilib ki, Baş Qərargah rəisi Zamir bu səhər Qəzza şəhərinin işğal planının konturlarını müzakirə etmək üçün ordu komandanlığı və daxili kəşfiyyat təşkilatı Şin Bet rəsmiləri ilə görüşüb.

Məlumata görə, Zamir Qəzza şəhərinin işğal planının əsas çərçivəsini təsdiqləyib və yığıncaqda İsrail ordusunun bu günə qədər başlatdığı hücumlar, həmçinin Qəzza şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsinə dünənki hücumlar da müzakirə edilib.

Bəyanatda deyilir ki, “Qəzza zolağında növbəti mərhələlər üçün planın əsas çərçivəsi siyasi səviyyənin direktivlərinə uyğun olaraq təqdim edilib və təsdiq edilib”.

Mətbuatda İsrail Baş Qərargah rəisi Zamirin avqustun 7-də Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağının işğal planına qarşı çıxdığı və bəzi nazirlərlə qızğın mübahisə etdiyi bildirilib.

İsrail Qəzza şəhərini işğal etmək qərarına gəlib
İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı planını təsdiqləyib.

Baş nazir Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl Fox News-a verdiyi müsahibədə Qəzza zolağının hamısını işğal etməyi hədəflədiklərini bildirib.

Bununla belə, Nazirlər Kabinetinin iclasından əvvəl mətbuatda işğal planı ilə bağlı yayılan xəbərlərdə hücumların mərhələli şəkildə həyata keçiriləcəyi bildirilirdi.

İşğalın ilk olaraq Qəzza şəhərində başlayacağı, hücumların daha sonra mərkəz bölgədəki Fələstinli qaçqın düşərgələrinə qədər uzanacağı bildirilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2025