Mobil versiya
Qəzzaya qurudan hücumla hədələyən Netanyahu fələstinliləri cənubdan qaçmağa çağırıb
Tarix: 08-09-2025 | Saat: 22:34
Bölmə:Özəl | çapa göndər

Qəzzaya qurudan hücumla hədələyən Netanyahu fələstinliləri cənubdan qaçmağa çağırıb

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinə qurudan hücumlar edəcəyi ilə hədələyib və bölgədə sağ qalmaq üçün mübarizə aparan 1 milyon fələstinlini Qəzza zolağının cənubuna qaçmağa çağırıb.
Amerikanın X şirkətinə məxsus sosial media hesabında videomüraciət edən Netanyahu Qəzzaya hücumları şərh edib.

Netanyahu bildirib ki, son iki gündə Qəzzaya endirilən hava hücumlarında 50 hündürmərtəbəli bina dağıdılıb.


Netanyahu bu hündürmərtəbəli binaların "Həmas tərəfindən istifadə edildiyini" iddia edərək, havadan bombardmanların quru hücumlarına "hazırlıq" olduğunu iddia edib.

Quru hücumları ilə hədələyən Netanyahu Qəzzadakı fələstinliləri Qəzza zolağının cənubuna qaçmağa çağırıb.

İsrail ordusu bir müddət əvvəl Qəzza şəhərində bir neçə hündürmərtəbəli binanı hava zərbələri ilə yerlə-yeksan etmişdi.

Fələstin mənbələrinin məlumatına görə, son bir neçə gündə bu binalara hücum nəticəsində 4 mindən çox insan evsiz qalıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-09-2025