Mobil versiya
İlham Əliyev bunun bacardı - Fazil Mustafa
Tarix: 09-09-2025 | Saat: 11:37
Bölmə:Karusel / Parlament | çapa göndər

İlham Əliyev bunun bacardı -

"Kiçik dövlətlərin öz böyüklüyünü qəbul etdirməsinin çox ağrılı yolları var".

aia.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiya çərçivəsində bu gün keçirilən xüsusi iclasında deputat Fazil Mustafa deyib.

Fazil Mustafanın sözlərinə görə, kiçik dövlətlər üçün əsas yol öz regionunda gücünü artırmaqdır və İlham Əliyev bacarıb:

"Müdriklərin bir sözü var: elə yol izləməlisən ki, geridə qalanlar sənə çatmağa, irəlidəkilər isə səni gözləməyə məcbur olsun. İlham əliyev siyasəti də bu yolu izləyir. Bəzi dövlətlər beynəlxalq qurumlara qoşulmağa tələsdi. Onlar nə əldə etdilər? Azərbaycan beynəlxalq qurumlarla münasibətlərini həmişə normal saxladı. Hətta böyük mübarizə nəticəsində 907-ci düzəlişlə ATƏT-in MİNSK qrupu ləğv olundu. Bundan sonra da bu yolda düzgün addımlamalı, hazırkı benəlxalq meydançada yerimizi qorumalı, Ağ Evin açarından ağıllı istifadə etməliyik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-09-2025