Mobil versiya
"İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir" - Spiker
Tarix: 09-09-2025 | Saat: 11:21
Bölmə:Manşet / Parlament | çapa göndər

"İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir" -

Prezident İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir.

aia.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda sədr Sahibə Qafarova deyib.

“Prezident İlham Əliyev Prezident Donald Trampın dəvəti ilə ABŞ-a səfər edib. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar, keçirilən görüşlərə görə əminliklə deyə bilərik ki, bu səfər tarixi əhəmiyyətə malikdir. Böyük liderləri fərqləndirən ən mühüm xüsusiyyətləri prinsipiallığı, diplomatik məharəti, cəsarətidir. Vaşinqton razılaşmaları da məhz bu kontekstdən qiymətləndirilməlidir!”, - deyə spiker vurğulayıb.

Sahibə Qafarova qeyd edib ki, bu səfər Azərbaycan və ABŞ arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyulması ilə səciyyələndirilməlidir: “Bu məsələdə Prezident Trampın sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı. Vaşinqton razılaşmaları Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra sülh diplomatiyasının məntiqi sonluğa çatdırılması ilə də səciyyələndirilməli hadisə oldu”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-09-2025