Mobil versiya
Azərbaycanda bu restoranlar cərimələndi - SƏBƏB
Tarix: 16-09-2025 | Saat: 09:52
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda bu restoranlar cərimələndi -

Azərbaycanda fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda havaya zərərli maddələrin atılmasının qarşısının alınması üçün qaz-toz tutucu qurğuların quraşdırılmaması faktı aşkar olunub.

aia.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, nəzərdə tutulan obyektlər Quba-Qəçrəş yolunun sağ tərəfində fəaliyyət göstərən "Aynur Forest", Xaçmaz rayonu Müşkür kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Çənlibel", "Cənnət bağı", "Yaşıl bağ", Nabran kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Salam", "Çeşmə" restoranları və Xaçmaz rayonu Seyidli kəndinin inzibati ərazisində fəaliyyət göstərən "Malibu" istirahət mərkəzidir.

Faktlarla bağlı müvafiq olaraq adıçəkilən obyektlərin icarədarları Ramazan Məmmədov, Məmmədtağı Məmmədov, Natiq Rəcəbov, Toğrul Məhsimov, Yaşar Həmidov, İlqar Paşayev və "Salam" restoranının sahibi Dostmət Seyidov barəsində vəzifəli şəxs qismində "İnzibati xəta haqqında Protokol" tərtib olunub, qanunamüvafiq tədbir görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2025