Mobil versiya
Eltun Süleymanov:" Prezident İlham Əliyevin Xocavəndə tarixi səfəri və milli birliyin nümayişi"
Tarix: 16-09-2025 | Saat: 11:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

Eltun Süleymanov:" Prezident İlham Əliyevin Xocavəndə tarixi səfəri və milli birliyin nümayişi"

Beş il əvvəl Azərbaycanın ərazi bütövlüyü bərpa olunaraq Qarabağ torpaqları işğaldan azad edildi. Bu qələbə təkcə hərbi uğur deyil, həm də milli iradənin, dövlətin siyasi gücünün və xalqın əzminin təntənəsi idi. O gündən bəri Qarabağda başlanmış genişmiqyaslı bərpa-quruculuq işləri yeni reallıqlar yaradaraq bölgəni həyatın, inkişafın və sabitliyin mərkəzinə çevirib. Cənab Prezident İlham Əliyevin Qarabağa mütəmadi səfərləri bu prosesin mühüm siyasi mesajıdır. Hər açılış, hər görüş, hər çıxış həm ölkə vətəndaşlarına, həm də dünyaya bir həqiqəti göstərir: Azərbaycan xalqı öz doğma yurduna sahib çıxır, dövlət isə suverenliyini möhkəmləndirərək bölgədə əbədi dirçəlişi təmin edir.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, sentyabrın 14-də Prezident İlham Əliyev Xocavənd rayonunda – Qırmızı Bazar, Hadrut və Sos kəndlərinin sakinləri ilə görüşdü. Bu tarixi görüşdə dövlət başçısı həm görülən işlərin miqyasını dəyərləndirdi, həm də gələcək planları açıqladı. Cənab Prezidentin sözləri Qarabağda yeni mərhələnin ruhunu ifadə etdi: “Bütün Qarabağ artıq tam nəzarət altındadır. Son beş ilin tarixi göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. Biz öz torpağımız uğrunda vuruşmuşuq və bunu sübut etmişik.” Bu sözlər Qarabağ zəfərinin siyasi mənasını, xalqın iradəsinin gücünü və Azərbaycanın müstəqilliyinin dönməzliyini əks etdirir. Səfər çərçivəsində Prezident İlham Əliyev Hadrutda inşa edilən məscidin açılışında da iştirak etdi. 2021-ci ildə təməli qoyulan bu dini ocaq milli və dini dəyərlərin qorunması siyasətinin bariz nümunəsidir. Məscidin açılışı Qarabağın yalnız iqtisadi deyil, həm də mənəvi həyatının dirçəlişini təsdiqləyir. Uzun illər dağıdılmış dini abidələrin əvvəlki görkəminə qaytarılması Azərbaycanın işğaldan sonrakı siyasətində önəmli yer tutur. Bu addım, eyni zamanda, xalqın öz köklərinə, mənəvi irsinə bağlılığının dövlət səviyyəsində təmin olunmasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında da iştirak edib, burada yaradılan şəraitlə tanış olub. Əslində Qarabağ Universitetinin yaradılması bölgənin gələcəyinə hesablanmış strateji qərardır. Burada formalaşacaq müasir təhsil mühiti gənclərin yüksək səviyyədə bilik və bacarıqlar əldə etməsinə imkan verəcək, Klinika isə həm tələbələrin praktikasına, həm də bölgə əhalisinin səhiyyə xidmətlərinə xidmət edəcək. Bu addım Qarabağın yalnız iqtisadi deyil, həm də sosial-mədəni baxımdan inkişafına təkan verir. Eyni zamanda, gənclərin doğma torpaqlara qayıdışını təşviq edir, onların vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaradır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır.” Cənab Prezident İlham Əliyevin Xocavəndə səfəri Qarabağda dirçəlişin real mənzərəsini nümayiş etdirdi. Görüşlər, dini abidələrin bərpası və təhsil ocaqlarının istifadəyə verilməsi Azərbaycanın yalnız keçmişin dağıntılarını aradan qaldırmadığını, eyni zamanda gələcəyə hesablanmış güclü bir siyasət həyata keçirdiyini göstərir. Bu gün Qarabağda ucalan hər bina, istifadəyə verilən hər məktəb və universitet, açılan hər məscid Azərbaycanın qalib xalq kimi gələcəyə inamını möhkəmləndirir. Dövlət başçısının dediyi kimi: “Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq.” Azərbaycan artıq Qarabağda yeni, əbədi, sarsılmaz və dayanıqlı həyat qurur-deyə E. Süleymanov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2025