Mobil versiya
Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək
Tarix: 16-09-2025 | Saat: 11:56
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək.

Bu barədə aia.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, bu, qismən Günəş tutulmasıdır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2025