Mobil versiya
Arvadını öldürdü, sonra intihar etdi - Sumqayıtda dəhşət
Tarix: 17-09-2025 | Saat: 09:50
Bölmə:Karusel / Ölkə | çapa göndər

Arvadını öldürdü, sonra intihar etdi -

Sentyabrın 16-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan aia.az-a bildirilib ki, araşdırma zamanı 1987-ci il təvəllüdlü İlkin Atakişiyevin ailə münaqişəsi zəminində arvadı 1989-cu il təvəllüdlü Yeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2025