Mühüm tarixi əhəmiyyətə malik əməliyyat
Tarix: 17-09-2025 | Saat: 12:06
Bölmə:Siyasət | çapa göndər

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı xalqımızın tarixində yeni bir qızıl səhifə açdı. Cəmi 23 saat davam edən bu şanlı əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri tam və peşəkarlıqla yerinə yetirərək ölkəmizin suverenliyini tam bərpa etdi. Bu Zəfər, cənab Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü kimi rəsmiləşdirildi və üçrəngli bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Antiterror əməliyyatının başlanması bir zərurətdən irəli gəlirdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata baxmayaraq, Ermənistan Qarabağ ərazisindəki hərbi qüvvələrini, canlı qüvvəsini və texnikasını çıxarmamışdı. Əksinə, 10 mindən artıq qeyri-qanuni erməni silahlı birləşməsi bölgədə mövcud idi. Azərbaycan 3 il ərzində diplomatik yollarla məsələni həll etməyə çalışsa da, erməni tərəfi danışıqlardan qaçır, ərazidəki qeyri-qanuni fəaliyyətlərini genişləndirir, yeni təxribatlar törədir və separatçı iddialarını davam etdirirdi. Ermənistan tərəfindən Azərbaycanın suveren ərazilərinə mina daşınması, həmçinin hərbi təxribatlar törətməsi vətəndaşlarımızın və hərbçilərimizin həyatı üçün ciddi təhlükə yaradırdı. Məhz 19 sentyabr 2023-cü ildə baş verən son hərbi və terror hücumları, o cümlədən mina partlayışları nəticəsində mülki şəxslərin və hərbçilərimizin şəhid olması, antiterror əməliyyatının başlanmasını qaçılmaz etdi. Bu əməliyyat, hər şeydən əvvəl, Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatı məqsədi daşıyırdı.
Azərbaycan Ordusu antiterror əməliyyatını yüksək peşəkarlıqla və beynəlxalq humanitar hüquq normalarına uyğun həyata keçirdi. Hərbi əməliyyatlar başlamazdan əvvəl bütün hərbi hissələrə ciddi tapşırıq verilərək, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinin təmin olunması, mülki obyektlərə zərər vurulmaması təmin edildi. Azərbaycan Müdafiə Nazirliyi mobil SMS xidməti və səsgücləndiricilər vasitəsilə mülki əhalini hərbi obyektlərdən uzaq durmağa çağırdı. Qadınlara, uşaqlara, qocalara və xəstələrə tibbi və digər lazımi yardımlar göstərilməsi Azərbaycanın humanist siyasətinin bariz nümunəsi oldu.
Cəmi 23 saat 43 dəqiqə ərzində aparılan antiterror əməliyyatı nəticəsində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan hərbi qüvvələri tərksilah edildi, Qarabağdakı qeyri-qanuni xunta rejimi ləğv olundu və separatçıların rəhbərləri həbs edildi. Azərbaycan Ordusu 406 kvadratkilometr ərazini azad etdi, düşmənin yüzlərlə texnikasını məhv etdi və ya ələ keçirdi. Bir günlük əməliyyatdan sonra, uzun müddət Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağ erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşə gəlməyə məcbur oldular. Bu görüşdə Qarabağ ermənilərinin reinteqrasiyası müzakirə edildi və onlara Azərbaycan vətəndaşı kimi yeni həyata başlamaq imkanı yaradıldı. Bütün bu proseslər yekun olaraq, 15 oktyabr 2023-cü ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltması ilə başa çatdı. Bu tarixi addım Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının simvolu oldu.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-09-2025