Mobil versiya
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
Tarix: 17-09-2025 | Saat: 10:35
Bölmə:Manşet / İdman | çapa göndər

Tahir Gözel:

Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika”ya qalib gələn “Qarabağ” bu qələbəni Azərbaycan Prezidenti İlham Əliyevə həsr edib.

aia.az QOL.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın rəsmi saytımıza açıqlamasında klub prezidenti Tahir Gözel açıqlayıb.

O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir: “Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.

Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2025