Mobil versiya
Sahibə Qafarova: “Parlamentlərimizin əməkdaşlığı ölkələrimizin və xalqlarımızın qardaşlığına və həmrəyliyinə əsaslanır”
Tarix: 13-10-2025 | Saat: 14:34
Bölmə:Karusel / Siyasət / Parlament | çapa göndər

Sahibə Qafarova: “Parlamentlərimizin əməkdaşlığı ölkələrimizin və xalqlarımızın qardaşlığına və həmrəyliyinə əsaslanır”

Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin əməkdaşlığı ortaq tarix, mədəniyyət, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslanır. Azərbaycan-Pakistan-Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər.
Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimindəki çıxışı zamanı səsləndirib.

Spiker deyib ki, xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç bir zaman unutmayacaqdır. Onun sözlərinə görə, Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-10-2025