Mobil versiya
Madaqaskar prezidenti Rajoelina Fransanın hərbi təyyarəsi ilə ölkəni tərk edib
Tarix: 13-10-2025 | Saat: 20:36
Bölmə:Özəl | çapa göndər

Madaqaskar prezidenti Rajoelina Fransanın hərbi təyyarəsi ilə ölkəni tərk edib
Madaqaskarda həftələrdir davam edən siyasi böhran dərinləşdikcə, prezident Andri Rajoelinanın Fransa hərbi təyyarəsi ilə ölkəni gizli şəkildə tərk etdiyi iddia edilir.
Fransa Milli Radiosu RFI-nin verdiyi məlumata görə, prezident Rajoelina oktyabrın 12-nə keçən gecə gizli şəkildə paytaxt Antananarivudan helikopterlə Sent-Mari adasına aparılıb. Daha sonra o, Fransanın hərbi nəqliyyat təyyarəsinə mindirilərək fransız əsgərlərinin himayəsi altında adadan təxliyə edilib.


RFI əməliyyatın Fransa hərbi rəsmilərinin nəzarəti altında həyata keçirildiyini və Rajoelinanın əvvəlcə La Reunion şəhərinə aparıldığını, daha sonra ailəsi ilə birlikdə başqa yerə köçürüldüyünü bildirib.

Xəbərdə Paris administrasiyasının bu gedişi sülh yolu ilə keçidi təmin etmək üçün həyata keçirdiyi, lakin Fransanın heç bir halda Madaqaskara hərbi müdaxilə etməyəcəyi vurğulanıb.

Fransa rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər və Rajoelinanın harada olması ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

Madaqaskarda elektrik və su kəsintilərinə qarşı son həftələrdə başlayan nümayişlər, hərbçilərin bəzi elementlərinin etirazçılara dəstək verməsi ilə hökumət əleyhinə etirazlara çevrilib.

Prezident Rajoelinanın bu axşam milli müraciətlə çıxış edəcəyi bildirilir, lakin çıxışın yeri ilə bağlı konkret məlumat verilmir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-10-2025