İsrailin müdafiə naziri Katz HƏMAS ilə atəşkəsi pozmaqla hədələyib
Tarix: 13-10-2025 | Saat: 21:28
Bölmə:Özəl | çapa göndər

HƏMAS yalnız dörd israilli məhbusun cəsədlərini təhvil verəcəyini elan etdikdən sonra İsrailin müdafiə naziri Yisrael Katz atəşkəsi pozmaqla hədələyib.
Katz, Amerikanın X şirkətinin sosial media platformasında verdiyi açıqlamada, onların ən mühüm vəzifəsinin Qəzzada saxlanılan israilli məhbusların cəsədlərini geri qaytarmaq olduğunu bildirib.
Katz, HƏMAS-ın yalnız dörd israilli məhbusun cəsədlərini təhvil verəcəyini bildirməsindən narahatlığını ifadə edərək, bunun "Həmasın öz öhdəliklərini yerinə yetirmədiyi anlamına gəldiyini" iddia edib.
Katz atəşkəsi pozmaqla təhdid edərək, "Hər hansı bir gecikmə və ya qəsdən yayınma razılaşmanın açıq şəkildə pozulması kimi qiymətləndiriləcək və buna uyğun cavab veriləcək" dedi.
Həmas Qəzzada saxlanılan 4 israilli məhbusun cəsədlərinin bu gün təhvil veriləcəyini açıqlayıb.
İsrail ordusu həmçinin Qırmızı Xaç qruplarının cəsədləri çıxarmaq üçün Qəzza zolağının cənubundakı görüş nöqtəsinə yollandığını açıqlayıb.
Qəzzada atəşkəslə bağlı aparılan danışıqlarda Qəzza zolağındakı vəziyyətə görə israilli məhbusların cəsədlərinin qaytarılmasının vaxt aparacağı bildirilib.
İsrail tərəfi Qəzzada 48 israilli məhbusun olduğunu, onlardan 20-nin sağ olduğunu, İsrail həbsxanalarında isə 11 mindən çox fələstinlinin saxlanıldığını bildirir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-10-2025
18:39 III MDB Oyunları