Mobil versiya
Nicat Göşşüyev: Azərbaycan MDB-nin inkişafında mühüm rol oynayan dövlətdir
Tarix: 14-10-2025 | Saat: 09:41
Bölmə:Siyasət | çapa göndər

Nicat Göşşüyev: Azərbaycan MDB-nin inkişafında mühüm rol oynayan dövlətdir

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş müdrik siyasəti, yorulmaz fəaliyyəti sayəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdür. Hazırda dünyanın ən güclü dövlətlərindən birinə çevrilən müstəqil Azərbaycan həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Bu siyasətin məntiqi nəticəsidir ki, müxtəlif coğrafi və siyasi bloklar arasında balans yaratmaqla ölkəmizin milli maraqları qorunur və beynəlxalq nüfuzu gündən-günə daha da güclənir.

Prezidentimizin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür. 1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti. Şübhəsiz, cəmi 10 gün ərzində Prezident cənab İlham Əliyevin iştirak etdiyi tədbirlər Azərbaycanın beynəlxalq nüfuzu və diplomatik fəaliyyətinin sübutudur. Qlobal sülh və təhlükəsizlik məsələlərinə dair baxışlar, əməkdaşlıq təşəbbüsləri də göstərir ki, rəsmi Bakı indiki mərhələdə ilk olaraq barışı və sülhü təşviq edir, həmçinin, iqtisadi müstəvidə mövcud potensialdan tam istifadə etməyi zəruri sayır.

Dövlət Başçımızın 10 oktyabr 2025-ci il tarixində Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı regional əməkdaşlıq çərçivəsində geosiyasi, mədəni, humanitar sahələrdə dövlətlərarası münasibətlərin daha da etibarlı şəkildə qurulması baxımından maraqlı məqamlarla zəngin oldu. Prezidentimizin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsidir.

Qeyd etmək lazımdır ki,Azərbaycan MDB çərçivəsində hər zaman fəal mövqeyi ilə seçilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan birliyin işində mühüm rol oynayır, sülh, əməkdaşlıq və həmrəyliyin güclənməsinə real töhfələr verir. Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı çıxışında təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsi, humanitar əlaqələrin genişləndirilməsi və ortaq dəyərlərin qorunması məsələlərinə toxunaraq MDB-nin gələcək fəaliyyətinə strateji baxış təqdim edib.

Tacikistan ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı etimad və səmimi dostluq üzərində formalaşıb. İkitərəfli əlaqələr siyasi, iqtisadi, humanitar və mədəni sahələri əhatə edir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini dəstəkləyir, regional sabitlik və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığı dərinləşdirir. Qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan bu münasibətlər gələcəkdə də genişlənmək və yeni məzmun qazanmaq potensialına malikdir. MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişaf etdiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Prezident cənab İlham Əliyevin Düşənbədə söylədiyi fikirlər bu münasibətlərin qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu bir daha təsdiqlədi: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.”
Cənab Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Dövlət Başçısının bu qərara görə həmkarlarına təşəkkür etməsi və Laçında görülən bərpa işlərini xüsusi qeyd etməsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin beynəlxalq miqyasda nümunə kimi qəbul olunduğunu göstərir.
Prezident cənab İlham Əliyevin Düşənbədəki çıxışı MDB məkanında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu çıxış Azərbaycanın beynəlxalq siyasətdə liderlik, sülh, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqlədi. Azərbaycan artıq təkcə regionun deyil, bütün MDB-nin inkişafında mühüm rol oynayan, təşəbbüskarlığı ilə seçilən bir dövlətdir.

Nicat Göşşüyev
YAP Qazax rayon təşkilatının gənc partiya fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2025