MDB Liderləri Düşənbədə: Azərbaycanın gəlirli layihələri
Tarix: 14-10-2025 | Saat: 12:37
Bölmə:Siyasət | çapa göndər

Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıq regionun siyasi, iqtisadi və təhlükəsizlik baxımından sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Son illərdə MDB dövlət başçılarının görüşləri bu təşkilat daxilində inteqrasiyanın və qarşılıqlı əlaqələrin dərinləşdirilməsi baxımından vacib platformaya çevrilmişdir. 2025-ci ilin oktyabrında Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən MDB dövlət başçılarının sammiti də bu baxımdan özünəməxsus əhəmiyyətə malikdir.
Sammitdə iştirak edən ölkə rəhbərləri regional əməkdaşlığın əsas istiqamətləri üzrə geniş fikir mübadiləsi apardılar, nəticədə bir sıra mühüm qərarlar qəbul olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sammitdə iştirakı və irəli sürdüyü təşəbbüslər xüsusi diqqətə layiqdir. Azərbaycan MDB çərçivəsində həm siyasi, həm də iqtisadi sahələrdə fəallığı ilə seçilir. Prezident İlham Əliyev sammitdəki çıxışında Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən, regional enerji və nəqliyyat layihələrində oynadığı aparıcı roldan bəhs etdi. Xüsusilə Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü MDB ölkələri üçün yeni nəqliyyat imkanları açır və regionun logistika potensialını artırır. Bu dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələrinin Avropa və digər bazarlara çıxışı daha da asanlaşacaq.
Sammitdə Azərbaycanın irəli sürdüyü enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı təşəbbüs MDB dövlət başçıları tərəfindən dəstəkləndi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycanın enerji strategiyası təkcə milli maraqlara deyil, həm də regional əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan ölkəmizin qaz və elektrik enerjisi ixracı imkanları MDB ölkələri üçün alternativ və etibarlı enerji mənbəyi kimi çıxış edir. Azərbaycanın humanitar və mədəni sahələrdə də MDB məkanında fəallığı artmaqdadır. Sammit çərçivəsində humanitar əməkdaşlıq məsələlərinə dair aparılan müzakirələrdə Azərbaycanın bu istiqamətdəki təşəbbüsləri dəstəkləndi. MDB liderlərinin Düşənbədəki görüşü bir daha göstərdi ki, Azərbaycan bu təşkilat çərçivəsində regional əməkdaşlığa töhfə verən ölkələrdən biridir. Siyasi dialoq, iqtisadi layihələr, enerji və nəqliyyat təşəbbüsləri, humanitar əməkdaşlıq istiqamətində irəli sürülən fikirlər Azərbaycanın strateji vizyonunu və sülhə, sabitliyə verdiyi önəmi ortaya qoyur. Bu baxımdan Düşənbə sammiti Azərbaycanın MDB-dəki mövqeyini daha da gücləndirdi və ölkəmizin təşəbbüslərinin geniş rəğbət qazandığını bir daha təsdiqlədi.
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-10-2025