"Can şirindir, başladıq boğuşmağa" - Ayı hücumuna məruz qalan şəxs
Tarix: 20-10-2025 | Saat: 12:56
Bölmə:Ölkə | çapa göndər

"Getmişdik zirinc yığmağa. Gördüm itlər üstümə gəlir. Sən demə, gələn ayı imiş, səs gəldiyini eşitdim, kolluq idi görmədim. Ancaq qonur rəngdə birşeyin keçdiyini gördüm".
aia.az xəbər verir ki, bunu ötən gün Naxçıvanda ayının hücumuna məruz qalan Məzahir Məmmədov deyib.
O bildirib ki, Babək rayonu, Yuxarı Buzqov kəndinə oğlu ilə birlikdə zirinc yığmaq üçün gedib:
"Oğlum məndən, təxminən, 50 metr aşağıda idi. Dedi ki, sənə tərəf nə isə gəlir. Qabandır, atdır, bilmirəm. Ayının olduğu ağlıma gəlmədi. Gördüm, ayıdır, çönüb qaçmaq istədim ayağım daşa ilişdi, yıxıldım. Ayı üstümə düşdü, can şirindir, başladım boğuşmağa (gülür). İstədi oğluma tərəf getsin, sonra nəsə fikirləşdi, bilmirəm, çıxıb getdi. Bir neçə yerdən yara almışam, hazırda vəziyyətim yaxşıdır. Ayıları indi kəndin ətrafında çox görmək mümkündür".
Qeyd edək ki, M.Məmmədovun müalicəsi hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsində davam etdirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər