Zəngilanın işğalı – tariximizin qaranlıq səhifəsi
Tarix: 20-10-2025 | Saat: 17:20
Bölmə:Siyasət | çapa göndər

1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu işğal nəticəsində minlərlə insan doğma yurd-yuvasını tərk etməyə məcbur oldu. Zəngilanın işğalı təkcə bir rayonun itirilməsi deyildi, həm də Azərbaycanın tarixi, mədəni və dini irsinin böyük bir hissəsinin düşmən əlinə keçməsi demək idi. 27 il ərzində bu torpaqlarda düşmən tərəfindən geniş miqyasda dağıntılar aparıldı, təbii sərvətlər talandı, tarixi abidələr məhv edildi. İşğal dövründə Zəngilan təbiəti, meşələri, çayları, dağları və zəngin biomüxtəlifliyi ilə yanaşı, milli-mədəni irsimiz üçün də ciddi itkilər verdi. Ermənilər bu torpaqlarda iz qoymaq üçün müxtəlif saxtakarlıqlara əl atdılar, toponimləri dəyişdirməyə çalışdılar. Lakin Zəngilan xalqının qəlbində yaşayan vətən sevgisi, bu torpaqlara bağlılıq heç zaman itməyib. Nəhayət, 2020-ci ilin 20 oktyabr tarixində, Vətən müharibəsinin zəfərlə nəticələnən ərəfəsində Zəngilan ordumuz tərəfindən işğaldan azad edildi və Azərbaycan tarixi öz haqqını geri aldı.
Aytac Abbasova
Filologiya üzrə fəlsəfə doktoru
YAP Laçın rayon təşkilatının 51 saylı ərazi partiya təşkilatının sədri Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər