Yeni nəqliyyat və enerji əlaqələrinə töhfə
Tarix: 23-10-2025 | Saat: 14:59
Bölmə:Siyasət | çapa göndər

Oktyabrın 20-də Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində baş tutan görüşlər, sənəd mübadiləsi və mətbuat açıqlamaları həm diplomatik əlaqələrin dərinləşdirilməsi, həm də regional və beynəlxalq səviyyədə əhəmiyyətli nəticələr yaratdı. Dövlət başçıları çıxışlarında Azərbaycan-Qazaxıstan münasibətlərinin uzun tarixi, ortaq mədəni dəyərlər və sarsılmaz dostluq üzərində qurulduğunu bir daha vurğuladılar. Prezident İlham Əliyev Qazaxıstanın işğal illərində Azərbaycanın beynəlxalq təşəbbüslərinə verdiyi dəstək və ədalətin qorunması istiqamətində sərgilədiyi mövqeyi xüsusi qeyd etdi, Kasım‑Jomart Tokayevə həm sülh prosesinə, həm də Azərbaycanın beynəlxalq nüfuzuna verdiyi töhfə üçün təşəkkürünü bildirdi. Vaşinqtonda imzalanan sülh sazişi kontekstində Qazaxıstanın dəstəyinin qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğu diqqətə çatdırıldı. Telefon danışıqları və görüşlər zamanı əldə olunan razılaşmaların praktik nəticələr doğurması yüksək qiymətləndirildi. Astanada keçirilən görüşlərdə Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və nəqliyyat-logistika imkanlarının artırılması müzakirə mövzusu oldu. Tərəflər regional sabitliyin, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin gücləndirilməsinin vacibliyini vurğuladılar və iqtisadi əlaqələrin daha çevik və innovativ mexanizmlərlə inkişaf etdirilməsi barədə razılığa gəldilər. Prezident İlham Əliyev sahə nazirliklərinin hesabatlarını dinlədiyini, qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi üçün göstərişlər verdiyini və bütün işlərin daimi nəzarət altında olduğunu qeyd etdi.
Azərbaycan və Qazaxıstan xalqları qədim tarixə, mənəvi və mədəni bağlılıqlara malikdir. Son üç il ərzində baş tutan qarşılıqlı səfərlər və görüşlər münasibətlərin intensivliyini və konkret nəticələrə yönəlməsini nümayiş etdirir. Hər görüşdə əldə olunan razılaşmaların icrası dövlət başçılarının birbaşa nəzarətindədir. Bu münasibətlər yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də regionda strateji sabitlik, iqtisadi inteqrasiya və nəqliyyat əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Astanada keçirilmiş Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası ikitərəfli əlaqələrin sistemli idarə olunması üçün əhəmiyyətli platforma rolunu oynayır. Hökumətlərarası Komissiyanın iclasında əldə edilən razılaşmalar qarşılıqlı fəaliyyətin konkret nəticələr doğurduğunu göstərir. Dövlət başçılarının davamlı nəzarəti ilə iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə nəzərdə tutulan layihələr uğurla həyata keçirilir. Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar – xüsusilə Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı – çərçivəsində bir-birini ardıcıl dəstəkləyir.
Bütün bunlar göstərir ki, Azərbaycan-Qazaxıstan münasibətləri artıq yalnız dostluq və qardaşlıq xarakteri daşımır, həm də strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Prezidentlərin çıxışları iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini təsdiqləyir. Bu əlaqələr həm regionun sabitliyinə, həm də Avrasiya məkanında yeni nəqliyyat və enerji əlaqələrinin formalaşmasına böyük töhfə verir.
Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2025