UNIFIL İsrailin Livanın cənubuna etdiyi basqınla bağlı "dərin narahatlıq" ifadə edib  
Tarix: 30-10-2025 | Saat: 20:14
Bölmə:Özəl | çapa göndər
 
UNIFIL İsrail ordusunun Livanın cənubundakı Belida bölgəsinə basqını ilə bağlı dərin narahatlığını ifadə edərək, bunun BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin və Livanın suverenliyinin açıq şəkildə pozulması olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) İsrail ordusunun Livanın cənubundakı Belida bölgəsində həyata keçirdiyi basqınla bağlı "dərin narahatlıq" ifadə edərək, bunun BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin və Livanın suverenliyinin açıq şəkildə pozulması olduğunu vurğulayıb.
UNIFIL İsrail əsgərlərinin Belida bələdiyyəsinə gecə hücumu ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda silahlı basqınla bağlı "dərin narahatlıq" ifadə edilərək, "İsrailin bu hərəkəti BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin və Livanın suverenliyinin açıq şəkildə pozulmasıdır" deyilib.
Bəyanatda bütün tərəflər hücumları dayandırmağa çağırılıb.
Həmçinin qeyd edilib ki, UNIFIL hadisə ilə bağlı Livan ordusu ilə əlaqə saxlayır.
İsrail ordusunun gecə Belida bölgəsindəki bələdiyyə binasına zirehli texnika ilə basqın etməsi nəticəsində bir zabit həlak olub.
UNIFIL-in yaradılması və 1701 saylı qətnamə
Livanda vətəndaş müharibəsinin başlamasından sonra İsrail 1978-ci ildə Livan ərazisinə daxil olub və cənubi Livanı işğal edib. Elə həmin il BMT Təhlükəsizlik Şurası (TŞ) İsraili Livandan qüvvələrini çıxarmağa çağırıb.
Livanın xahişi ilə TŞ 19 mart 1978-ci ildə İsrail qüvvələrinin çıxarılmasını təsdiqləmək, sülhü və təhlükəsizliyi bərpa etmək və ölkənin cənubu üzərində hakimiyyətini bərpa etməkdə Livan hökumətinə dəstək olmaq üçün UNIFIL-i təsis edib.
11 avqust 2006-cı ildə BMT TŞ yekdilliklə 1701 saylı qətnaməni qəbul etdi və bu qətnamədə 12 iyul 2006-cı ildə Livanla İsrail arasında başlayan zorakı müharibəyə son qoyulması tələb olunurdu.
1701 saylı qətnamədə İsrailin Mavi Xəttin arxasına çəkildiyi və bu xətt ilə Livandakı Litani çayı arasındakı ərazinin silahsızlaşdırıldığı, yalnız Livan ordusuna və UNIFIL-ə məxsus silah və hərbi texnikanın orada saxlanıldığı qeyd olunur.
aia.az
Tərcümə şöbəsi
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   