Mobil versiya
ZAMANIN FƏLSƏFƏSİ: QANLA YAZILMIŞ ZƏFƏR
Tarix: 31-10-2025 | Saat: 15:44
Bölmə:Özəl / Qərbi Azərbaycan / Yazar4 | çapa göndər

ZAMANIN FƏLSƏFƏSİ:

MƏLAHƏT İSMAYILQIZI

“Güclü Azərbaycan bizim hədəfimizdir. Heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Biz çox böyük daşları yerindən oynatmışıq. Biz eyni soydan-kökdən olan xalqlarıq. Bundan güclü birlik ola bilməz. Bizim ailəmiz Türk dünyasıdır.”
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti
Türkün düşməni çoxdur, lakin türklüyü özünə amal edənlərin, qoruyanların düşməni daha çoxdur.
İsmayıl Bəy Qaspıralı
Milli Birlik Hər şeydən Əfzəldir.
İsmayıl Əliyev
Əbədi Prezidentim Türk soyundan-kökündən və birliyindən danışırsa, sözsüz ki, Azərbaycan bir dövlət olaraq yönü Turanadır!
Nədənsə 2020-ci ili sevməmişdim, bəlkə də korona pandemiyası ilə başladığına görə. Özü ilə bərabər çoxlu dərdlər gətirdiyinə görə. Bütün bəşəriyyətin ağır və çətin bir imtahan qarşısında qaldığı zaman. Pandemiya adlı bəşəriyyətə sirinmiş korona, bizlərin həm də Qarabağ adlı nisgili-ağrısı idi. Və bir amil də vardı ki, bəlkə də Tanrı özü bu virusu bəşəriyyətə bir cəza olaraq göndərmişdi: İtmiş və itirilmiş insanlıq, para aşiqliyinə tutulmuş “sevdalı”lar, acgöz və tamahkar-ürəksiz bir aləm. İşdə bu ki, bir sıra şərəf və dəyərlərdən maska kimi istifadə edərək təhsilə, səhiyyəyə, bir sıra dövlət müəssisələrinə soxulan acgöz fərdlər sürüsü... Bu günlər ən böyük problemlərdən bəlkə də ən birincisi pul aşiqliyinə tutulmuş, haradan-necə gəldi oğurlaya bilərəm düşkünlüyü cəmiyyətin mənəviyyatdan xəbəri olmayan böyük bir qismini bürümüşdür.
Ziyalı olmaq bir, savadlı və insan olmaq tamam ayrı bir şeydir. Ziyalı olan kəs yalnız zahirən deyil, mənən o qədər kamil, zəngin əqidə, amal yolçusu olmalı ki, ondan artıq zahirən belə kübarlıq əlamətləri özünü təzahür etdirsin. Yüksək bəşəri hisslərdən doğan əqidə yolçusu olmaq, insan adlı varlığın ən yüksək mərtəbədə durduğunu bəyan etmək, fitrətən-xislətən belə özünü itirmədən insanlığın ən yüksək təzahürü olan səxavət, ən yüksək amil şərəfə söykənməkdən, qeyrət adlı dəyərlərdən keçir. Prinsipləri-prinsipiallığı unutmamalı. Əlbət ki, qeyrət adlı dəyər insanın hər zaman içərisinə yeni nələrsə – gözəllik, İnsanlıq naminə kimi dəyərlər gətirmişsə.
Müasir zaman və gənclik gözəllik etalonunu, eleqant görünüşü səhv bir fizionomiya, görünüşlə əvəzləmişdir. Yaxın keçmişimizdə hər sahədə şahidi olduğumuz İntibah – mükəmməl görünüş, saç düzümü, səliqə-səhman, geyim mədəniyyəti, əxlaq və estetika öz yerini çox sürətlə eybəcər, pinti, para-karyera aşiqliyinə tutulmuş yeni nəslə-yeni aləmə təslim etmişdir. Yaraşdı-yaraşmadı saqqallar, səliqəsiz tüklü üzlər, əndrabadi geyimlər, öncəsi isə düşüncələrdəki mənəviyyatsızlıq və insanlara yuxarıdan aşağı baxmaq – məsuliyyətsiz və mədəniyyətdən kənar bir canavarlıq ehtirasına tutulan cəmiyyət formalaşmaqdadır. Təkcə xarici görünüş deyil, mənəviyyatlar belə çirkinləşmişdir. Lakin... zaman 2020-ci ilin yazıdır. İşdə bu ki, cəmiyyətdə, mənəviyyatlarda başlayan aşınma 44 günlük müharibə nəticəsində sanki bir andaca silinib yox oldu. Bu böyük dönüşün adına isə Vətən deyilirdi, Azərbaycan deyilirdi. Və qəlblərin hansı küncündə isə mürgüləyən, paslanmaqda olan Vətən Eşqi parlayıb üzə çıxdı. Getdikcə isə bu parıltı daha da cilalanmaqda idi.
Deməli, Vətən-milli hissiyyat, Vətən sevgisi kimi möhtəşəmliklə narazı qaldığımız yeni nəsil Günəş kimi parlamaq üçün onlara Vətən adlı meydan lazım idi. O meydanı əldə edən və sənə bu meydanı verən Ali Baş Komandan – bizim Prezidentimiz və Azərbaycan Ordusu nə möcüzələr yaratmadı.
Azərbaycanın-bizim qismətimiz belədir, hər zaman böyük güclərin yeminə çevrilmişik. Tək Günəşli, gül-çiçəkli deyil, torpağının altı da, üstü də vardan xəbər verən bərraq bir məmləkətdir Məmləkətimiz. Gah İran-fars düşmənlərinin, gah da rus imperiyasının ayaqları altında tapdandıq. Ancaq yenə də inkişaf etdik, intişar tapdıq, bilik-savadda heç bir millətdən geri qalmadıq. Bir tərəfdən isə bu erməni daşnaklar, millətçiləri türk düşmənçiliyi kimi yalançı böhtanlarla həm dünyanın, həm də bizizlərin zəhləsini tökdü. Elmin-biliyin ən ucalarını əldə etsək də, elə bu sahədə də bölünməyə, parçalanmaya meyilli birisiyik. Bir-birimizi didməyə sərf etdik zehniyyətimizi. Cahil-alçaq niyyətli, pulgir çirkin xislətli başa keçmiş cahil avamlar içərisində bir qurd xəbisliyi-qısqanclığı – bəlkə də paxıllığı içlərini dağıdan bir cəmiyyətdə yaşamağın necə də çətin olduğunu dərk etmək üçün alim olmaq heç də lazım deyil. Deməli, paxıllığı, ambisiyaları, qısqanclıqları bir kənara qoyub Dövlətimiz, Prezidentimiz, Xalqımız, Ordumuz ətrafında daha sıx birləşməliyik. Yəni, Ulu Göyçənin maarifpərvər oğlu, ünlü jurnalist İsmayıl Əliyevin təbirincə desək, “Milli Birlik Hər şeydən Əfzəldir”. Biz Türklərin təbirincə desək, “Bir Olalım, Diri Olalım”.
Haşiyə: Bütün bunları qoyaq kənara, əgər bu günədək (2020) Azərbaycanın 52% -dək Qərbi Azərbaycan da daxil olmaqla, torpaqları işğal altındadırsa, forma və məzmun bitkinliyi önə çıxmaz və mən nə yazar olardım, nə də bezar. Bax, məhz bu səbəblərdən də eh deyib keçmək olmur. Biz öz əlimizlə düşmənə məcburən təhvil verib gəldiyimiz torpaqları Vətən Eşqi-Aşiqliyi oyanmış Gəncliklə də geri qaytardıq. Bunu Tanrı istədi, Bunu Allah istədi, Bunu Uca Yaradan istədi! Bunu hətta rusun Boqu belə istədi!
Yaradan hər şeydən Ucadır. Allah da deyir ki, səndən hərəkət, Məndən bərəkət! Ali Baş Komandan, Azərbaycan Ordusu və Azərbaycan Xalqının birliyindən doğan Qələbəsi! SƏN NƏ DASTANLAR YAZDIN AZƏRBAYCAN ƏSGƏRİ!
Və... Böyük Vətən Fədaisi Xəlil Rza Ulutürkü xatırlayıram:
Yerdə, Göydə Səninlədir,
Sən Qalib Gələcəksən!

Və Sən Qalib Gəldin Azərbaycan!
Lakin hələki daşnak ayaqları altında inləyən qara torpaqlarımız, Ocaq-Yurd yerlərimiz var. Nədənsə, Aşıq Veysəli anmaq keçir könlümdən:
Yar-yar deyə neçəsinə sarıldım,
Mənim sadiq yarım qara torpaqdır!
Sadiq yarımız olan qara torpaq bir gün yaxşı-pisliyindən asılı olmayaraq bizi qoynuna alır. Bəs əsirlikdə, özü də erməni kimi əsiri - qəvi düşmənin əsirliyində qoyub gəldiyimiz, ayaq tutub yeridiyimiz, daşını-çınqılını belə sevdiyimiz nanə-yarpız ətirli Ocaqlarımız-Yurdlarımız bizi bağrına basacaqmı, bizi bağışlayacaqmı...? Müşkül də elə burasıdır. Torpağın dili yoxdur, yaxşı və pisliyindən asılı olmayaraq hər kəsi qoynuna alır.
Böyük dağların dumanı da böyük olur. Vaxtilə Atam mənə Böyük Azərbaycanın böyük dərdlərindən danışarkən nə qədər də haqlıymış. Türk düşmənləri başıbəlalı Azərbaycanı diri-diri udmağa hazırdırlar, cənubdan İran, şimaldan ruslar, qərbdən isə erməni adlı çirkin məxluqlar. 2020-ci il və virusun gətirdiyi təşviş, narahatlıq, karantin rejimi-özü də yay. Bakının qovurucu istiləri. Elə bu əsnada iyul ayının 12-də Tovuz istiqamətindən sərhədin pozulması, itkilərimiz, bir gün sonra isə ayın 13-dən 14-ə keçən gün generalımız başda olmaqla Azərbaycan Ordusunun yüksək rütbəli zabitlərinin vurulması – burda açıq şəkildə düşmən təxribatı bütün çılpaqlığı ilə özünü göstərir. POLAD HƏŞİMOV kimi unikal Vətən övladının-yüksək çinli zabitimizin və digərlərinin itkisini Azərbaycan xalqı heç də asan qəbul etmədi. Elə Onun kimilərinin müqəddəs ruhları apardı bizi Qarabağa!
Sən kim idin Qardaş... Ruhun bizi Qarabağa apardı...
Sən kim idin Qardaş... Bizə Milli Birlik öyrətdin!
Polad adınla Polad olmağı öyrətdin!
Vətən dərsləri keçdin...bu dərdli millətə...
Poladla Mübariz birləşib Vətən oldu!
Siz Kim idiniz Qardaş...

Şəhidlərimizə ehtiram olaraq onların hər birisinin adlarını çəkmək borcumdur: General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, əsgər Elçin Mustafayev. Ruhları şad olsun bu torpaq uğruna can qoyan-baş qoyan bütün Vətən Şəhidlərinin.
Karantin rejimində olan xalq gecə ikən küçələrə axışıb dövlətinə həmrəylik nümayiş etdirdi. Vətən darda idi. Verilən bu dəstək və insanların vahid inam uğrunda birləşmələri olduqca qürurverici idi. Bu Bizim Xalqımız idi. Ağır Günün Birliyi! Düşmənə layiq olduğu cavab verildi. İlham Əliyev Cənablarının XİN-ni işdən azad etməsi, öz xalqının-ordusunun yanında dayanması – bir sözlə bütün bunlar dövlətlə xalqın – dövlət başçısının həmrəyliyinin bariz nümunəsi idi. Artıq bura nə şeir meydanı idi, nə də ədəbiyyat. Burada ziyalısından tutmuş ən sadə insanınadək öz xalqının yanında durmaq eşqindən doğan Atəşin Vətən sevgisi idi.
Son dövrlərdə xoşa gələn bir məsələni də unutmayaq, İlham Əliyev Cənablarının tez-tez öz xalqı ilə görüşməsi, necə deyərlər “dərdləşməsi” onunla xalq arasında olan yaxınlığın daha da möhkəmlənməsinin göstəricisidir. Diqqət etsək görmək mümkün, Azərbaycan öz İntibahının ən pik nöqtəsindədir. Çəkilən saysız yol qovşaqları, körpülər, Qələbədən üzü bu yana Qarabağda aparılan tikinti, əhalinin – köçkün, qaçqınların yurdlarına köçürülməsi, quruculuq-abadlıq işləri. Həmçinin yüksək texnologiyaların tətbiqi, elektrikləşmə, hər bir sahəyə ayrılan maliyyə vəsaiti, həmçinin təhsil, elm, səhiyyə-Prezident sizə inanır, bəs siz necə bu vəsaitləri düzgün və məqsədəuyğun istifadə edirsinizmi? Bir tikə çörək hər yerdə var, amma siz necə sadəcə bir tikəyləmi kifayətlənirsiniz?..
Haşiyə: Bu nədir, var-dövlət hərisliyi, özündən oğurlamaq, acgözlər sürüsü, ambisiyalar, vəzifə-kreslo düşkünləri, - mənasızdır sizin kimilərinə ayılın demək. Çünki, batdıqca batırsınız.
Bu Millətin balaları Qarabağ müharibəsi uğrunda canlarından keçdi. Amma sizin kimi çirkinlər... heyif, sizin kimi bu millətdən olub erməni adlı həşəratdan daha çox ziyan vurursunuz bu xalqa, bu dövlətə.
Ey Azərbaycan, sən bir millət kimi yaranandan adın Türk adlandı. Və bu adı sənə Tanrı özü verdi, “səni hər zamanlar üçün Xan və Xaqan” qıldı. Bir faktı da unutmayaq, şərəfli keçmişimizlə qürur duymuşuq. ATİLLA bütün Avropanı titrədərkən O, Türk adı ilə məşhurdu. Sözüm sadə bir həqiqətdir, biz müsəlman kimi deyil, Türk olaraq bu acıları yaşayırıq. Türk yenilməzliyi, mərhəməti ilə, cahangirliyi ilə, Atatürk kimi şəxsiyyəti ilə tək Avropada deyil, bütün dünyada özünə maraq deyil, hörmət qazandırmışdır. “Türk Qüdrətlidir, qüdrətli olduğu qədər də rəhmlidir. Bunu Bayron obrazlı qaydada belə ifadə edir: Döyüşdə türkün silah tutan əli necə qüdrətlidirsə, məğlub etdiyinin yaralarını sarımaqda da elə qüdrətlidir”- (İsmayıl Əliyev “Göyçə nisgili, Göyçə dərdi”, Bakı, 2020).
Sənin İslam dinin çox sonralar yarandı və günü bu günəcən öz türk milləti adını, öz uca dinini qürurla daşıyırsan. Türk yenilməzlik deməkdir, İslam mərhəmət və xeyirxahlıq, əxlaq və mədəniyyətlərin birliyi.
Sərhəd Tovuz bölgəsində baş verənlər bizim Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Prezidentimiz başda olmaqla xalq nə edəcəyini bilirdi. Və unutmadıq, “Allahdan gəlmişik, Allaha gedirik”. Yardımçımız Allah oldu!
Saatlarla təhlillər etmək mümkündür, lakin ha yana dönsək, bizi saxlayacaq, bizi qoruyacaq bir uca amal vardır, o da Vətən-Azərbaycan adlı böyük sevgimiz. Borcluyuq sənə Uca Yaradan, çünki dünyanın ən gözəl və uca sevgisini bəxş etmisən bizə. Son çizgimizdir, özü də qırmızı çizgimiz, son istinadgahımız, son pənahımızdır, son sığınacağımız, son mənzilimizdir Vətən! O Vətən ki, Göyçədir, Qarayazıdır, Zəngəzurdu, Amasiyadır, Ağbaba yaylaqlarıdır, Vedinin yanı Dağlar...dır Vətən!
Bu Gün, elə bu gün...
Vətənə dönmək zamanıdır,
Bəlkə də elə ölmək zamanıdır!..
Yadımdan çıxmamış bir amili də qeyd edim, iyulun 22-si, “Əkinçi”nin nəşri. H. B. Zərdabinin danılmaz Qəhrəmanlığı və maarif-ziyalılığa ömür xərcləyən Fədakarlar. Ruhu şad olsun Vətən xalq yolunda ziya işığına Azərbaycanı qərq edənlərin.
Böyük Azərbaycanın böyük bəlaları-yoxsa böyük düşmənləri, uzağa getməyək, Rusiya, Fransa, İran molla rejimi-özünü müsəlman adlandıran İran. Bir qədər dəqiqləşdirsək, Rusiya imperiyası, bunu gizlədə bildinmi, xüsusən son 5 ildə. Tarixin hansı dönəminə baxsan, xalqımıza qarşı erməni adlı əsri düşmənlə birgə addımlayan xainləri görürük. Azərbaycan bu xainləri yedirib-içirib, dost-qardaş desə də, qədim düşmən dost olmur. Özünü 2032-ci ilədək Prezident elan edən Putin demə yeni torpaqlar işğal etmək, əldən çıxmış Qafqazı geri qaytarmaq – Şərqdə möhkəmlənmək, Ukrayna kimi gözəl bir dövləti məhv edib zəbt etmək və təbii Türkiyə kimi qüdrətli bir dövləti gözü götürməmək-bu sadə həqiqətləri xalqımız bilir və unutmamalı. Rus siyasəti hər zaman qanlı olub. Dünən də belə olub, bu gün də, sabah da belə olacaq. Tarixin istənilən dönəmindən baxsan, fars şovinistlərinin rus imperiyası ilə birləşərək Azərbaycan torpaqlarını işğal etməsi, yeni ilhaq siyasəti və bu xalqa arxadan saplanan “xəncər”. Tarixə nəzər salaq, “Gülüstan”(1813), “Türkmənçay”(1828) müqavilələri, məhz elə bu zamanlarda İran və Türkiyədən qaraçı ermənilərin Azərbaycana-əsasən Dağlıq Qarabağa, Qərbi Azərbaycana köçürülməsi, nəhayət əhalinin sayında olan tendensiyanın dəyişdirilməsi, ermənilərin “Daşnakstyun” partiyasının, “Qınçak” komitəsinin, “Asala-Krunk” terror təşkilatının hamısı türk-müsəlman əhalisinə qarşı çevrilmişdir. Bu terrorist qüvvələr tarixin hər bir anında-mərhələsində türk xalqlarına qarşı genosid həyata keçirdilər. 1905-07, 1915, 1918, 1920-ci illər Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakıda, Gəncədə, Şəmkirdə, Qubada, Qərbi Azərbaycanda-İrəvan Xanlığında, Zəngəzurda, Göyçə Mahalında, və s. görünməmiş vəhşiliklər törətdilər. Türklərdən ibarət Qafqaz-Türk İslam Ordusu, başda Nuru Paşa-Gilligil olmaqla türk ordusunun köməyə gəlməsi ilə qulağı kəsik Andraniklərin qarşısı alındı. Lakin, unutmamalı, yerli əhaliyə olmazın divan tutulmuşdu. Bakı şəhərinin özündə - İçərişəhərdə türk ordusu 1500-dən çox şəhid vermişdir. “Erməni-daşnak ünsürləri, xalqımızın sadəlövhlüyündən, yaddaş mağmınlığından istifadə edərək əsrlərdən bəri qanımıza yerikləmişdir. Həmişə də silahsız əhalini qırıblar. Andranik də, Lalayev də, Hampartsum da, Araratyan da, “qırmızı komissar” Şaumov-Şaumyan da, indiki cəlladlar Balayan da, Manuçarov da, Sarkisyan, Ter-Petrosyan, Köçəryan da-hamısı belə olubdur. Bu da xalqımıza çox baha başa gəlib. O dünyada heç bir xalqın görmədiyi və rast gəlmədiyi tərzdə alçaldılıb və təhqir olunmuşdur”-(İsmayıl Əliyev “Göyçə nisgili, Göyçə dərdi”, Bakı, 2020). 1948-53-cü illərdə Stalin-Mikoyan gruppu başda olmaqla Qərbi Azərbaycan-Türk əhalisinin zorla öz ata-baba yurdlarından Azərbaycana köçürülməsi, Beyrutdan-Livandan, Suriyadan ermənilərin Azərbaycan türklərinin yaşadıqları torpaqlara yerləşdirilməsi, əslində tarixi faktlar və erməni hiylələri ilə dolu olan tarix və qarşısında yalnızca bir-birlərinin məhvinə susamış mağmın bir xalq.
Davamı var



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2025