Slovakiyada səki istifadəçiləri üçün sürət həddi  
Tarix: 30-10-2025 | Saat: 20:49
Bölmə:Özəl | çapa göndər
 
Slovakiyada təhlükəsizliyi artırmaq üçün şəhər yerlərində səkilərdə maksimal sürət saatda 6 kilometr olaraq müəyyən edilib.
Politico-nun məlumatına görə, Slovakiya parlamenti Yol Hərəkəti Qanununda dəyişiklik edən qətnamə qəbul edib.
Səkilərdə piyada təhlükəsizliyini təmin etmək məqsədilə edilən dəyişikliklərin bir hissəsi olaraq, şəhər səkilərində maksimum sürət həddi saatda 6 kilometr olaraq müəyyən edilib.
Bu sürət həddi səkilərdən istifadə etməyə icazəsi olan piyadalara, eləcə də velosipedçilərə, diyircəkli konki sürənlərə və skuter sürənlərə şamil ediləcək.
Qanun 1 yanvar 2026-cı ildə qüvvəyə minəcək.
Sosial Demokrat Partiyasının (SMER) millət vəkili Lubomir Vaznı açıqlamasında məqsədinin səki təhlükəsizliyini artırmaq olduğunu bildirib.
Müxalifətdəki Proqressiv Slovakiya Partiyasından (PS) Martin Pekar bildirib ki, avtomobillər piyadalar üçün skuter və ya velosipeddən daha çox təhlükə yaradır və bu qanun dəyişikliyi davamlı nəqliyyatı cəzalandırır.
Pekar deyib: "Əgər daha az qəza istəyiriksə, fiziki olaraq riayət etmək mümkün olmayan absurd məhdudiyyətlər deyil, daha təhlükəsiz velosiped yolları lazımdır. Bu sürətlə velosipedçi tarazlığını qorumaqda çətinlik çəkərdi."
Bir insanın orta gəzinti sürəti adətən saatda 4 ilə 5 kilometr arasında dəyişir. Britaniya Ürək Fondu bildirib ki, saatda 6,4 kilometr sürət yaxşı fiziki formada olan insanlar üçün orta hesab olunur.
aia.az
Tərcümə şöbəsi
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   