Mobil versiya
Tramp-Putin görüşü bu səbəbdən baş tutmadı
Tarix: 31-10-2025 | Saat: 11:36
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp-Putin görüşü bu səbəbdən baş tutmadı

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşün ləğv edilməsinin səbəbi bəlli olub.

aia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Bildirilir ki, Tramp görüşü Putinin Ukrayna münaqişəsi ilə bağlı tələbləri səbəbindən ləğv edib.

“Qərar iki ölkənin yüksəkvəzifəli diplomatları (Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio - red.) arasında baş tutan gərgin telefon danışığından sonra qəbul edilib”, - nəşr yazır.

Xatırladaq ki, ölkə liderləri arasında yaxın zamanlarda Macarıstanda görüş keçirilməsi planlaşdırılırdı. Lakin daha sonra Ağ Ev görüşün baş tutmayacağını açıqlamışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2025