TİKA Somali qadın sahibkarlarına avadanlıq və maddi dəstək verir
Tarix: 06-11-2025 | Saat: 20:59
Bölmə:Özəl | çapa göndər

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Somalidə qadınların iqtisadi və sosial həyatda iştirakını artırmaq məqsədi ilə paytaxt Moqadişudakı Nacinka İnnovasiyalar Mədəniyyət Mərkəzinə avadanlıq və maddi dəstək təmin edib.
TİKA tərəfindən verilən yazılı açıqlamada, Mədəniyyət Mərkəzinin istehsal gücü və məhsul müxtəlifliyinin təmin edilən avadanlıq və material dəstəyi ilə artırıldığı və qadınların əl işləri və istehsal sahəsində sahibkarlıq bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradıldığı vurğulanıb.
Bəyanatda qeyd olunur ki, qadınlara əl işləri, toxuculuq, buxur və suvenir istehsalı kimi sahələrdə təlimlər həm Somalinin ənənəvi əl işlərini qorumağa, həm də qadınları öz məhsulları vasitəsilə gəlir əldə etməyə təşviq etməyə yönəlib.
Bəyanatda həmçinin qadın sahibkarlığını dəstəkləyən layihələrin davam edəcəyi qeyd olunur və qadınların ölkənin inkişafı üçün istehsal vasitəsilə sosial həyatda fəal iştirakının vacibliyi vurğulanır.
TİKA təşkilatı Somalidə 500-dən çox layihəsi ilə seçilən və əvvəllər təhsil, səhiyyə və peşəkar inkişaf sahələrindəki işləri ilə minlərlə Somali qadın və gəncinin həyatına təsir göstərmişdir
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2025