Mobil versiya
ÜST :Qəzzada 16 min 500-dən çox insanın təcili tibbi yardıma ehtiyacı var
Tarix: 06-11-2025 | Saat: 21:45
Bölmə:Özəl | çapa göndər

ÜST :Qəzzada 16 min 500-dən çox insanın təcili tibbi yardıma ehtiyacı var

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada 16 min 500-dən çox insanın təcili tibbi yardıma ehtiyacı olduğunu bildirib. Qebreyesus ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında Qəzzada tibbi təxliyələr haqqında paylaşım edib.

Qebreyesus ÜST-ün dünən tibbi yardım üçün Qəzzadan İtaliyaya 19 ağır xəstə və onu müşayiət edən 93 şəxsi təxliyə etdiyini açıqlayıb və İtaliya hökumətinə həmrəyliyinə görə minnətdarlığını bildirib.
"Qəzza zolağında 16.500-dən çox insanın təcili tibbi yardıma ehtiyacı var, lakin bu yardım hələ də əlçatan deyil. Daha çox ölkəni Qəzzadan gələn xəstələri qəbul etməyə çağırırıq. Həmçinin, Şərqi Qüds də daxil olmaqla, bütün təxliyə yollarının açılmasına çağırırıq", - deyə Qebreyesus bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2025