Mobil versiya
Azərbaycanda narkomanlar arasında İİV-ə yoluxma sayı azalıb
Tarix: 19-11-2025 | Saat: 14:27
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda narkomanlar arasında İİV-ə yoluxma sayı azalıb

QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən Azərbaycanda narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

aia.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda qeyd olunub.

Məlumata görə, bu ilin oktyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 50 (4,7%) nəfəri inyekson narkotik istifadəçiləri olub.

Həmçinin bildirilib ki, ilin ilk 10 ayı ərzində Daxili İşlər Nazirliyi bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 80 min 786 nəfər istiqamətləndirib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4 756 nəfərdən 2514 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 292, QİÇS-lə Mübarizə Mərkəzində 316, Sumqayıt Narkoloji Mərkəzində 126 nəfər) 734 xəstə müalicə alır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2025