Yeni Azərbaycan Partiyasının yaranması tariximizin dönüş nöqtəsidir
Tarix: 19-11-2025 | Saat: 14:14
Bölmə:Siyasət | çapa göndər

1992-ci il 21 noyabr tarixində Azərbaycanın siyasi tarixində mühüm bir hadisə baş vermişdir. O gün ölkəmiz ağır böhran və siyasi gərginliklə üz-üzə idi. Elə bu çətin dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaranan Yeni Azərbaycan Partiyası (YAP) milli iradənin və xalqın ümumi mənafeyinin ifadəsi kimi siyasi səhnəyə çıxdı. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, YAP “dünənin, bu günün və gələcəyin partiyasıdır”, bu fikri partiyanın yaranış tarixini və onun milli əhəmiyyətini bütünlüklə əks etdirir.
Azərbaycanın taleyini düşünən ziyalılar, tanınmış şəxslər və nüfuzlu ictimai xadimlər ölkənin böhrandan çıxması üçün yeni siyasi platformanın yaradılmasını zəruri hesab etdilər. 1992-ci ilin oktyabr ayında məşhur “91-lər”in Ulu Öndərə müraciəti bu təşəbbüsün rəsmi forması kimi çıxış etdi. 91 nəfər ziyalının imzaladığı müraciət Azərbaycanın gələcəyinə diqqət və vətəndaş məsuliyyətinin göstəricisi oldu. Bu müraciət Heydər Əliyevə yeni partiyaya rəhbərlik etmək xahişini ehtiva edirdi və Ulu Öndər bu müraciətə cavabında partiyanın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirdi.
21 noyabr 1992-ci il tarixində Naxçıvanda keçirilən təsis konfransı Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə baş tutdu. Konfransda Yeni Azərbaycan Partiyasının Nizamnaməsi və Proqramı qəbul edildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi və Siyasi Şura, İdarə Heyəti, sədrin müavinləri təyin olundu. Beləliklə, müstəqil Azərbaycanın tarixində mühüm siyasi hadisə – YAP-ın yaranması reallaşdı.
Qısa müddət ərzində Ulu Öndər Heydər Əliyev rəhbərliyində YAP cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Partiya özünün demokratik əsasları, konstruktiv müxalifət mövqeyi və xalqın maraqlarına sadiqliyi ilə diqqət çəkdi. YAP üzvləri irqindən, etnik mənsubiyyətindən və sosial mövqeyindən asılı olmayaraq Azərbaycanın vətəndaşlarını ümumi siyasi ideya ətrafında birləşdirdi. Partiyanın demokratik prinsiplərə sadiqliyi və vətənə sədaqəti onun xalq arasında böyük nüfuz qazanmasına səbəb oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi irsi, sonradan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. YAP, qısa müddət ərzində ölkədə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı oldu, Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası kimi tanındı. Partiyanın VII qurultayı, yeni Nizamnaməsi və proqramı ilə YAP yeni çağırışlara uyğun olaraq inkişafını davam etdirməyə hazır olduğunu nümayiş etdirdi.
Beləliklə, Yeni Azərbaycan Partiyasının yaradılması yalnız siyasi proses deyil, həm də milli həmrəyliyin, dövlətçilik ənənələrinin və Azərbaycan cəmiyyətinin demokratik inkişafının mühüm təməl daşı olmuşdur. YAP 1992-ci ildən bu günə qədər Azərbaycanın inkişafına və siyasi həyatına töhfə verən aparıcı qüvvə kimi fəaliyyətini uğurla davam etdirir.
İlham Abbasov,
Goranboy rayon İcra Hakimiyyəti başçısının Börü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi, YAP Goranboy rayon təşkilatının Börü ərazi partiya təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər