"Özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb" - Mikayıl Cabbarov
Tarix: 19-11-2025 | Saat: 12:37
Bölmə:İqtisadiyyat / Parlament | çapa göndər

"2019-cu ildən qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfəyə yaxın artaraq 1 milyonu ötüb".
aia.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Əməkhaqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti yaradıb. Belə ki, qeyri-neft-qaz özəl sektorda 8000 manatadək əmək haqlarının gəlir vergisindən azad olunması nəticəsində 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 481,4 min artaraq 1 milyonu ötmüş, sektorun cəmi əmək müqavilələrində payı 38,5%-dən 54,2%-ə yüksəlib", - deyə nazir bildirib.
M.Cabbarov qeyd edib ki, 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorda 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb: "Bu, çox böyük iqtisadi nəticədir. 1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötüb".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-11-2025