Mobil versiya
Dövlətimizin böyük hərbi və diplomatik qələbəsi
Tarix: 19-11-2025 | Saat: 11:42
Bölmə:Siyasət | çapa göndər

Dövlətimizin böyük hərbi və diplomatik qələbəsi

Ağdamın 27 il davam edən işğalına 20 noyabr 2020-ci ildə son qoyuldu. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarıldı. Bu, dövlətimizin böyük hərbi və diplomatik qələbəsi idi. Azərbaycan Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam şəhəri günü kimi qeyd olunur.
Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanıldı.Ötən beş ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub.Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Ağdam şəhərinin Baş planı yalnız memarlıq sənədi deyil, həm də milli ideologiyanın ifadəsidir. Bu plan azadlığın planıdır, milli ruhun gələcəyə daşınmasıdır. Ağdamda salınan geniş prospektlər, parklar, müasir yaşayış massivləri, sənaye parkı və “Qayıdış kəndi” layihəsi göstərir ki, Azərbaycan bu torpaqlarda keçmişin ağrılarını unutmur, amma gələcəyə ümidlə baxır.Ağdamın hər qarışında Prezident İlham Əliyevin quruculuq imzaları görünür.Bu məqamda dövlət başçımızın bir çıxışındakı bu fikirləri xatırlatmaq yerinə düşər: “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək”. Bu gün əminliklə söyləyə bilərik ki, ermənilərin talayıb-dağıtdığı Ağdamın əvvəlki şöhrəti tezliklə bərpa olunacaq və o, Qarabağın sənaye mərkəzinə çevriləcək.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2025