Mobil versiya
Deputat: “Büdcənin 41 faizi sosial xərclərə yönələcək"
Tarix: 19-11-2025 | Saat: 11:22
Bölmə:Parlament | çapa göndər

Deputat:


Büdcə siyasətinə yanaşman obyektiv və məsuliyyətli olmalıdır.

aia.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Məclisin deputatı Azər Əmiraslanov deyib.

Deputat bildirib ki, büdcə prosesinə rasional və realistik yanaşılmalıdır. Onun sözlərinə görə, gələn ilin büdcə zərfinin əsas xüsusiyyətlərindən biri sosial yönümlülüyüdür:

“Büdcə zərfinin əsas xüsusiyyəti onun sosial xarakteri ilə bağlıdır. Sosial xərclər dövlət büdcəsinin 41 faizini təşkil edir. Bu da dövlət büdcəsində prioritetin sosial xərclər olmasını nəzərdə tutur”, – deyə Əmiraslanov qeyd edib.

Parlament üzvü sosial-iqtisadi xəttin əhəmiyyətinə toxunaraq əlavə edib:

“Ən təsirli siyasət sosial-iqtisadi siyasətdir. Minimal inflyasiyanın olması olduqca vacibdir".

O həmçinin müdafiə xərclərinin həcminə diqqət çəkib:

“Gələn il üçün 8,7 milyard manat müdafiə xərclərinə nəzərdə tutulub”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2025