Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi dayağıdır
Tarix: 19-11-2025 | Saat: 14:31
Bölmə:Siyasət | çapa göndər

1992-ci il noyabrın 21-də Azərbaycanın siyasi tarixində mühüm bir hadisə baş verdi: Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Bu partiya ölkənin ağır siyasi və iqtisadi böhran yaşadığı bir dövrdə milli həmrəyliyin təmin olunması, demokratik inkişafın sürətləndirilməsi və dövlətin sabitliyinin qorunması məqsədilə yaradılmışdı. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, YAP “dünənin, bu günün və gələcəyin partiyasıdır”, bu sözlər partiyanın həm keçmiş, həm də gələcəkdəki rolunu dəqiq ifadə edir.
Partiyanın yaranması təşəbbüsü Azərbaycanın tanınmış ziyalıları və ictimai xadimləri tərəfindən irəli sürüldü. 16 oktyabr 1992-ci il tarixində “91-lər” adlanan ziyalı qrupunun Ulu Öndərə müraciəti partiyanın əsası üçün rəsmi çağırış oldu. Müraciət Ulu Öndərə yeni yaradılacaq partiyanın rəhbərliyini təklif edir və Azərbaycanın siyasi sabitliyinə xidmət etməsi üçün strateji addım kimi qiymətləndirilirdi. Ulu Öndər Heydər Əliyev bu təşəbbüsü qəbul etdi və partiyanın yaradılmasını obyektiv zərurət kimi dəyərləndirdi.
21 noyabr 1992-ci il tarixində keçirilmiş təsis konfransı YAP-ın rəsmi yaranmasını təmin etdi. Konfransda partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, YAP Azərbaycanın siyasi həyatında aparıcı qüvvə kimi fəaliyyətə başladı. Partiyanın üzvləri və rəhbərliyi vətənə sadiqlik, demokratik prinsiplərə bağlılıq və ümummilli maraqlara sədaqət nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi irsi sonradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2005-ci il martın 26-da keçirilmiş III qurultayda cənab Prezident İlham Əliyev partiyanın sədri seçilərək YAP-ı müasir dövrün çağırışlarına uyğun inkişaf etdirdi. Onun rəhbərliyi ilə partiya siyasi sabitliyi təmin etməklə yanaşı, ölkədə davamlı iqtisadi inkişaf, sosial ədalət və demokratik institutların möhkəmləndirilməsinə yönəlmiş siyasət həyata keçirdi.
VII qurultayda YAP-ın yeni Nizamnaməsi və proqramı təsdiqləndi, partiyanın strukturunda yeni qurumlar və vəzifələr müəyyənləşdirildi. Cənab Prezident İlham Əliyevin sərəncamları ilə YAP-ın rəhbərliyində Mehriban xanım Əliyevanın birinci müavin təyin olunması həm etimadın göstəricisi, həm də qadının ictimai-siyasi rolunun möhkəmlənməsi baxımından önəmli addım oldu.
Bu gün YAP Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır və ölkənin inkişafında aparıcı qüvvə kimi çıxış edir. Partiya milli maraqları qorumaq, demokratik dəyərləri təşviq etmək və siyasi dialoqu gücləndirmək missiyasını uğurla davam etdirir. Beləliklə, YAP həm dövlət, həm cəmiyyət, həm də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın inkişafının əsas dayağı olmuşdur.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər