Mobil versiya
Vyetnamda şiddətli yağışların yaratdığı daşqınlarda 41 nəfər ölüb
Tarix: 20-11-2025 | Saat: 21:14
Bölmə:Özəl | çapa göndər

Vyetnamda şiddətli yağışların yaratdığı daşqınlarda 41 nəfər ölüb

Yerli "VnExpress" qəzetinin məlumatına görə, həftənin əvvəlindən bəri ölkənin mərkəzi bölgələrinə təsir edən leysan yağışlar insan və əmlak itkisinə səbəb olub.

Fəlakətlərin Qarşısının Alınması və Nəzarəti Departamenti güclü yağışın yaratdığı daşqınlar nəticəsində 41 nəfərin öldüyünü, 9 nəfərin isə itkin düşdüyünü bildirib.

Bəyanatda həmçinin qeyd olunub ki, təsirlənmiş ərazilərdə 52 mindən çox ev su altında qalıb, minlərlə hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib və çoxsaylı mal-qara tələf olub.
Səlahiyyətlilər axtarış-xilasetmə və təxliyə işlərinə dəstək olmaq üçün bölgəyə minlərlə şəxsi heyət və polis əməkdaşının göndərildiyini bildiriblər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2025