Mobil versiya
ABŞ Konqresinin hesabatı: Çin sualtı kabelləri kəsmək üçün yeni imkanlar inkişaf etdirir
Tarix: 20-11-2025 | Saat: 19:48
Bölmə:Özəl | çapa göndər

ABŞ Konqresinin hesabatı: Çin sualtı kabelləri kəsmək üçün yeni imkanlar inkişaf etdirir

ABŞ-da Konqresə təqdim edilən hesabatda Çin hökumətinin hərbi gücünü artırmaq və mümkün müharibəyə hazırlaşmaq üçün sualtı rabitə kabellərini kəsməyə yönəlmiş yeni texnoloji imkanlar inkişaf etdirdiyi bildirilib.Konqresin ABŞ-Çin İqtisadi və Təhlükəsizlik Baxış Komissiyasının hesabatında qeyd olunur ki, Çin getdikcə boz zona taktikası kimi dənizaltı kabellərin kəsilməsinə əl atır.

Hesabatda vurğulanır ki, Pekin hərbi gücünü artırmaq və potensial müharibəyə hazırlaşmaq üçün dənizaltı rabitə kabellərini sıradan çıxarmaq üçün yeni texnologiyalar hazırlayır.
Sualtı kabelləri qlobal rabitə infrastrukturunun "onurğa sütunu" kimi təsvir edən hesabatda qeyd olunur ki, maliyyə əməliyyatları, dövlət xidmətləri, kommersiya fəaliyyətləri və hərbi rabitə də daxil olmaqla qlobal internet trafikinin 95%-i bu əlaqələr vasitəsilə həyata keçirilir.

Hesabatda qeyd olunur ki, on ildən çoxdur ki, Xalq Azadlıq Ordusu (XAO) ilə əlaqəli tədqiqat müəssisələrində çalışan Çin alimləri sualtı kabellərin kəsilməsi strategiyalarını fəal şəkildə araşdırırlar.

Hesabatda Çin alimlərinin 2025-ci ilin fevral ayında verdiyi açıqlamaya istinad edilir və qeyd olunur ki, onlar 13.000 futdan çox dərinlikdə zirehli kabelləri kəsə bilən elektrik kəsici cihaz nümayiş etdiriblər.

Hesabatda qeyd olunur ki, Çin bayrağı altında üzən gəmilər əvvəllər Tayvan yaxınlığında və Baltik dənizində "mühüm sualtı kabelləri sabotaj ediblər" və Pekin Cənubi Çin dənizində sualtı kabellərin təmiri prosesinə də müdaxilə edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2025