Mobil versiya
"D-8 Media Forumunun illik əsasda keçirilməsi üçün bəyanatla çıxış ediləcək" - Əhməd İsmayılov
Tarix: 21-11-2025 | Saat: 13:34
Bölmə:Manşet / Media | çapa göndər

"D-8 Media Forumunun illik əsasda keçirilməsi üçün bəyanatla çıxış ediləcək" -

D-8 Media Forumunun keçirilməsində məqsəd üzv dövlətlərin media subyektləri və media camiəsinin beynəlxalq və regional sahədə əməkdaşlığının inkişafına dəstək göstərməkdir.

aia.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusundakı D-8 Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu forum həmçinin dezinformasiya və rəqəmsal mühitdə əməkdaşlığın daha da təkmilləşdirilməsi və qarşılıqlı əməkdaşlıq platformalarının yaradılması üçün də faydalıdır.

"Forumda Prezident İlham Əliyevin tövsiyə və təşəbbüsü olan D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması da müzakirə olunur. Günün sonuna qədər dövlət rəsmiləri və media ekspertlərinin bu xüsusda tövsiyələrinin həmin mərkəzin strateji planına daxil edilməsi istiqamətində işlər aparılacaq".

İcraçı direktor bildirib ki, gələcəkdə bu kimi forumların keçirilməsi əlaqələrin inkişafı üçün faydalı olacaq.

"Müzakirələr onu göstərir ki, bütün dövlətlər bu media forumunun keçirilməsini dəstəkləyir və bunun illik əsasda olması üçün müvafiq bəyanatla çıxış edəcəklər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025