Mobil versiya
Avropa liderləri və Zelenski arasında telefon danışığı baş tutub
Tarix: 21-11-2025 | Saat: 17:32
Bölmə:Dünya | çapa göndər

Avropa liderləri və Zelenski arasında telefon danışığı baş tutub

Almaniya, Fransa və Böyük Britaniya liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

aia.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, Avropa liderləri Zelenski ilə söhbət zamanı Ukraynanın öz suverenliyini qoruyub saxlamalı olduğunu vurğulayıblar.

Zelenski və Avropa liderləri ABŞ-ın Ukraynadakı müharibəni sonlandırmaq cəhdlərini müsbət qarşıladıqlarını bildiriblər.

Almaniya Kansleri Fridrdix Mertz, Böyük Britaniya Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel makron Ukraynaya davamlı və ədalətli sülh yolunda dəstəklərini ifadə ediblər və vurğulayıblar ki, Avropa Ukraynanı konkret təhlükəsizlik zəmanətləri ilə təmin etməyə hazırdır.

Ukrayna prezidenti Volodimir Zelenski telefon danışığı ilə bağlı “X” hesabında Avropa rəhbərləri ilə telefon danışığı barədə məlumat verib.
Onun sözlərinə görə, Ukrayna və Avropa ABŞ tərəfindən hazırlanan sənəd barədə işləyir.
“Bu elə bir plan olmalıdır ki, həqiqi və şərəfli sülh bu vasitə ilə təmin olunsun. Biz əsas prinsipli mövqelərimizin nəzərə alınmasını təmin etmək üçün yaxından koordinasiyalı şəkildə işləyirik. Növbəti addımlarımızı koordinasiya etdik və komandalarımız aidiyyatı səviyyələr üzrə birlikdə işləyəcək” Zelenski qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025